"İstanbulda Rusiya-Ukrayna atəşkəsi ela oluna bilər" - AKP

İstanbul görüşündə Ukrayna Rusiya arasında atəşkəslə bağlı razılıq ola bilər.
Sfera.az xarici KİV-ə istinadən xəbər verir ki, bunu Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının (AKP) xarici əlaqələr şöbəsinin müdir müavini İbrahim Halil Qorxmaz deyib.
Onun sözlərinə görə, İstanbulda tərəflər arasında bir sıra görüşlər olacaq.
"Danışıqlardan sonra münaqişəyə son qoymaq məqsədilə prosesin davam etdirilməsi ilə bağlı razılıq əldə oluna bilər. Hər şey nəticələrdən (15 mayda mümkün ilk görüşün – red.) asılı olacaq", - agentliyin mənbəsi bildirib.
Qeyd edək ki, Rusiya Prezidenti Vladimir Putin bundan əvvəl Ukraynaya mayın 15-də İstanbulda ilkin şərt olmadan birbaşa danışıqları bərpa etməyi təklif etmişdi. O, müvafiq danışıqlar zamanı tərəflərin atəşkəslə bağlı razılığa gələ biləcəyini istisna etməyib. Daha sonra Ukrayna Prezidenti Volodimir Zelenski ABŞ Prezidenti Donald Trampın müraciətindən sonra Putini mayın 15-də İstanbulda gözləyəcəyini bildirib. Danışıqlarda ABŞ-nin xüsusi elçiləri Stiv Vitkoff və Keyt Kelloq, habelə dövlət katibi Marko Rubio da iştirak edəcək.
Firuzə Əliyeva
Sfera.az