Bir xəstəxanada 14 tibb bacısı eyni anda hamilə qaldı - FOTO


Bir xəstəxanada 14 tibb bacısı eyni anda hamilə qaldı - FOTO

Viskonsin ştatında bir xəstəxanada qeyri-adi və komik vəziyyət yaranıb. Belə ki, bir şöbənin 14 əməkdaşı demək olar ki, eyni vaxtda hamilə olduqlarını bildirib. Heyrətamiz hekayə xəstələrin diqqətini çəkib və tibb müəssisəsinin rəhbərliyini sevindirib.
 

Sfera.az bildirir ki, ABŞ-ın Viskonsin ştatındakı HSHS St. Vincent Hospitalının doğum şöbəsi işçilərinin təxminən eyni vaxtda hamilə qalması xəstəxanada böyük səs-küyə səbəb olub. Maraqlıdır ki, tibb bacılarının vəziyyəti artıq müalicə alan xəstələr tərəfindən də izlənilir.
 

Qadın və Yenidoğulmuşların Sağlamlığı Mərkəzinin direktoru Emi Bardon qeyri-adi vəziyyətlə bağlı təəssüratlarını bölüşüb: “Hər bir həmkarımız adına çox şadam”. O, həmçinin vurğulayıb ki, onlardan bəziləri ilk dəfə ana olacaq və peşəkar fəaliyyətləri sayəsində artıq körpələrə qulluq haqqında kifayət qədər biliklərə malikdirlər.


Xəstəxana rəhbərliyi bildirib ki, bütün hamilə işçilərə layiq olduqları qayğı göstərilib və iş yerində mütəmadi olaraq müayinədən keçirlər.
 

"Gələcək tibb bacılarımız körpələrini qarşılamağa hazır olduqda, onlara burada HSHS St. Vincent Xəstəxanasında dostları və həmkarları baxacaqlar. Onlar bunu xüsusi rahatlıq və dəstək hesab edirlər" - deyə Bardon bildirib.

 

Aynil


OXŞAR XƏBƏRLƏR

Məhkəmə qadının ətəyini cinayət silahı kimi müsadirə etdi - TƏFƏRRÜATLAR

Finlandiyada oğurluqda təqsirləndirilən iki qaraçı qadının ətəkləri cinayət silahı sayıldıqları üçün müsadirə edilib.   Sfera.az xəbər verir ki, 2023...

Məşhur bloqqer oğurlanan qiymətli əşyalarını 1 il sonra geri qaytardı

Videobloqqer və keçmiş hərbçi, Lord Miles kimi tanınan Miles Routledge ötən il BƏƏ-yə səfəri zamanı əvvəllər itirilmiş simsiz qulaqlıqlarını tapa bilib. Əzmkarl...

Şıxlinskinin azadlığa çıxması üçün o xahiş edib -FOTO

Xəbər verdiyimiz kimi, Yekaterinburqda saxlanılan Azərbaycan diaspor lideri Şahin Şıxlinski azadlığa buraxılıb.   Sfera.az xəbər verir ki, Yeni ...

Şahin Şıxlinski sərbəst buraxıldı

Yekaterinburqda kobud şəkildə saxlanılan “Azərbaycan-Ural” ictimai təşkilatının və Azərbaycan diasporunun rəhbəri Şahin Şıxlinski sərbəst burax...

Bollivud aktrisası cavanlaşdırıcı iynədən öldü

Bollivudun tanınmış aktrisalarından biri olan Şefali Carivala qəfil vəfat edib.   Sfera.az xəbər verir ki, 42 yaşlı sənətçinin 27 iyun tarixində cava...

"Bu dünyada uşaq gətirmək cəsarət istəyir!" – Nura Suridən üsyan dolu paylaşım

Müğənni Nura Suri paylaşımı ilə sosial şəbəkələrdə diqqət çəkib.   O, yaşadığı dünyadan narahatlığını ifadə edib və son dövrlərdə baş verən hadisələr...