Tramp iyunda NATO sammitində iştirak edəcək

Tramp iyunda NATO sammitində iştirak edəcək
Kateqoriya məlum deyil
T

ABŞ Prezidenti Donald Tramp NATO-nun Haaqada keçiriləcək yay sammitində iştirak etməyə hazırlaşır.

 

Sfera.az xəbər verir ki, bu barədə jurnalistlər üçün onlayn brifinqdə ABŞ-nin NATO-dakı daimi nümayəndəsi Metyu Uiteker bildirib.

 

“Hamımız Prezident Trampın NATO sammiti üçün Haaqaya gələcəyini gözləyirik”, - diplomat deyib.

 

Qeyd edək ki, Şimali Atlantika alyansının Haaqada keçiriləcək sammiti iyunun 24-25-nə nəzərdə tutulub.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR