Trampın Yaxın Şərq turu başladı - İlk bu ölkəyə gedib

Trampın Yaxın Şərq turu başladı - İlk bu ölkəyə gedib

ABŞ Prezidenti Donald Tramp ikinci prezidentlik dövründə ilk xarici səfər turuna çıxıb. Trampın Yaxın Şərq turunun ilk dayanacağı Səudiyyə Ərəbistanı olub.

 

Sfera.az xarici mediaya istinadən xəbər verir ki, ABŞ Prezidenti Donald Trampın prezident təyyarəsi Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyada eniş edib.

 

Prezident Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd bin Salmanla görüşü planlaşdırılır.


Trampın gündəmində İranın nüvə proqramı, Qəzzada müharibənin dayandırılması və neftin qiymətinin aşağı salınması kimi məsələlər var.


Səudiyyə Ərəbistanı Kral Sarayında qonaq ediləcək Tramp ABŞ-Səudiyyə investisiya forumunda da iştirak edəcək.


Tramp daha sonra onun şərəfinə verilən şam yeməyində iştirak edəcək, ardınca Yaxın Şərq turu çərçivəsində Qətər və Birləşmiş Ərəb Əmirliklərinə səfər edəcək.
“CNN”in məlumatına görə, “Tesla” və “SpaceX”in rəhbəri İlon Mask investisiya fondunun spikerləri arasında olmaq üçün Prezident Trampı Səudiyyə Ərəbistanına səfərində müşayiət edir.


Forumun saytında qeyd edilib ki, Mask seçilən məruzəçilərdən biridir.


Qeyd edək ki, ABŞ lideri 8 il əvvəl ilk prezidentlik dövründə də ilk xaricə səfərini Səudiyyə Ərəbistanına etmişdi.


Bəsti Rəfizadə
Sfera.az


OXŞAR XƏBƏRLƏR