Donald Tramp Səudiyyə Ərəbistanına getdi

Donald Tramp Səudiyyə Ərəbistanına getdi
Kateqoriya məlum deyil
T

ABŞ Prezidenti Donald Tramp Səudiyyə Ərəbistanına gedib.
 

Sfera.az Amerika mediasına istinadən xəbər verir ki, Trampın təyyarəsi Səudiyyə Ərəbistanının hava məkanında olarkən üç Səudiyyə F-15 qırıcısı tərəfindən müşayiət olunub.


Prezidentin Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd ibn Salman Əl Səudla səfərdən qısa müddət sonra görüşəcəyi gözlənilir. Yaxın Şərq turu çərçivəsində Trampın Qətərə, cümə axşamı isə BƏƏ-yə gedəcəyi gözlənilir.

 

Qeyd edək ki, bu, Trampın ikinci prezidentlik dövründə ilk böyük xarici səfəridir.

 

Fidan Hacızadə
Sfera.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR