Çin hakimiyyəti ABŞ-lə bağlı bu qadağanı ləğv etdi

Çin hakimiyyəti Amerikanın “Boeing Co.” şirkətindən təyyarə tədarükünə qoyulan qadağanı aradan qaldırıb.
Sfera.az xəbər verir ki, bu barədə “Bloomberg” məlumat yayıb. Bildirilib ki, Çin rəsmiləri bu həftə yerli hava daşıyıcıları və səlahiyyətli qurumlara çatdırılmaların bərpa oluna biləcəyini deyiblər. Aviaşirkətlərə isə təyyarələrin çatdırılması ilə bağlı şərtləri özləri müəyyən etmək imkanı verilib.
Xatırladaq ki, təyyarə tədarükünə qoyulan qadağa təxminən bir ay əvvəl tətbiq edilmişdi. Bu müddət ərzində bəzi çinli müştərilər sifarişlərdən imtina edib və təyyarələr ABŞ-a qaytarılmışdı.
“Boeing” şirkəti isə bildirib ki, Çinə çatdırılması planlaşdırılan təyyarələr üçün alternativ alıcılar axtarılır. Malayziya və Səudiyyə Ərəbistanından olan aviaşirkətlər 737 Max modelinə maraq göstəriblər.
Qeyd edək ki, cari il ərzində Çinə 50-yə yaxın “Boeing” təyyarəsinin göndərilməsi planlaşdırılır.
Fidan Hacızadə
Sfera.az