“Qadını suya atıb dondurmuşdular”- Başlıbeldə yaşananlar


“Qadını suya atıb dondurmuşdular”- Başlıbeldə yaşananlar

Bu gün Bakı Hərbi Məhkəməsində davam etdirilən məhkəmə prosesində Ermənistan silahlı qüvvələri tərəfindən Kəlbəcər rayonunun Başlıbel kəndinin əhalisinin məhv edilməsi zamanı zərərçəkmiş şəxs Habil Ələsgərov ifadə verib.

 

Sfera.az xəbər verir ki, H.Ələsgərov ifadəsində Kəlbəcərin Ermənistan ordusu tərəfindən işğal olunduğu xəbərini radio vasitəsilə aldıqlarını deyib.

 

O bildirib ki, Ermənistan silahlı qüvvələrinin bölmələrinin Başlıbelə hücumundan xəbər tutan insanlar tunel istiqamətində gedərək kəndi tərk etməyə çalışıblar. Lakin görüblər ki, ermənilər Kəlbəcəri mühasirəyə alıb.

 

“Aprelin 5-də Başlıbeldə güllə səsləri eşidilməyə başladı. Kəndə hücum edən ermənilər evləri qarət edirdilər. Biz özümüzü müdafiə etmək məqsədilə kahalarda gizləndik. Onlar gizləndiyimiz yeri müəyyən etdikdən sonra bizi atəşə tutmağa başladılar. Gizləndiyimiz kahalara qazlı bombalar atdıqdan sonra içəridə qalmaq olmurdu. Çölə çıxıb içəridə hər kəsin öldüyünü desəm də, inanmadılar. Məndən tələb etdilər ki, kahada gizlənən insanları çağırıb çölə çıxarım”, - deyə H.Ələsgərov vurğulayıb.

 

Zərərçəkmiş əlavə edib ki, Ermənistan ordusunun silahlılarının kahaya hücumu nəticəsində anası qolundan güllə yarası alıb:

 

“Anamı gətirməyə gedəndə onu güllələdilər. Yanımızda olanların çoxu yaşlı və qadınlar idi. Ermənilər mülki əhalini görən kimi heç bir sual vermədən öldürürdülər. Orada Livan erməniləri də var idi. Qaçmağı bacardığımdan məni öldürə bilmədilər. Yaşlı bir kişini mədəniyyət evində yandırmışdılar, sadəcə, başı qalmışdı. Bir qadını suya atıb dondurmuşdular. Onlar hətta heyvanları belə amansızlıqla öldürürdülər”.

 

Qeyd edək ki, Ermənistanın hərbi təcavüzü nəticəsində sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, o cümlədən təcavüzkar müharibənin hazırlanması və aparılması, soyqırımı, müharibə qanunlarını və qaydalarını pozma, habelə terrorçuluq, terrorçuluğu maliyyələşdirmə, hakimiyyəti zorla ələ keçirmə, onu zorla saxlama və digər çoxsaylı cinayətlər törətməkdə təqsirləndirilən Ermənistan Respublikasının vətəndaşlarının məhkəməsi mayın 15-də davam etdiriləcək.


OXŞAR XƏBƏRLƏR

Hepatit A epidemiyası yayıldı: Simptomlar hansılardır?

Ukraynanın paytaxtında hepatit epidemiyası qeydə alınıb. Artıq 19-u uşaq olmaqla 33 xəstəliyə yoluxma halı qeydə alınıb.   Sfera.az bildirir ki, Ukra...

Paslı su və balıq yeməklə 55 gün dənizdə sağ qalıblar

Ekvadorda gəmi 55 gün dənizdə qalan 5 balıqçı tapıb. Bütün bu müddət ərzində onlar rabitə və naviqasiya vasitələri olmadan xarab generatorla yaşayıblar. Onlar p...

İnternetdəki axtarış tarixçəsinə görə işdən qovuldu

Böyük Britaniyalı bir adam iş zamanı etdiyi 50 saatlıq internet axtarışlarını müdirləri çap etdikdən sonra işini itirib. Adama tez-tez tapşırıqlar verilmirdi və...

İCAO təsdiqlədi: MH17 reysi ilə uçan təyyarəni Rusiya vurub!

Beynəlxalq Mülki Aviasiya Təşkilatı (İCAO) Şurası 2014-cü ildə Ukrayna üzərində MH17 reysinin qəzasına görə rəsmi olaraq Rusiyanın məsuliyyət daşıdığını elan ed...

Plastik cərrahiyə ilə bağlı vahid standartlar hazırlanır - VİDEO

Plastik cərrahiyyə sahəsində vahid standartlar olacaq. Bu məqsədlə klinik protokollar hazırlanır.   Sfera.az-ın məlumatına görə, bu barədə Səhiy...

"Süni zəka dövrüdür, bəstəkara ehtiyac olmayacaq"

Əməkdar incəsənət xadimi Cavanşir Quliyev maraqlı açıqlaması ilə diqqət çəkib.   Sfera.az xəbər verir ki, o, "Xəzər axşamı" verilişində qon...