Bu ölkədən Trampa 400 milyon dollarlıq hədiyyə


Bu ölkədən Trampa 400 milyon dollarlıq hədiyyə

ABŞ-da Demokratlar Partiyasından olan konqresmen Riççi Torres Prezident Donald Trampın Qətər kral ailəsindən dəyəri 400 milyon dollar olan "Boinq 747-8" təyyarəsi qəbul etməyi planlaşdırması ilə bağlı araşdırma aparılmasını tələb edib.

 

Sfera.az xəbər verir ki, bu barədə "Axios" nəşri məlumat yayıb.

 

Torres bu hədiyyənin ABŞ tarixində prezidentə xarici hökumət tərəfindən verilmiş ən dəyərli hədiyyə olduğunu bildirib.

 

“Uçan saray” adlandırılan təyyarənin hazırkı “Air Force One”ı əvəz edəcəyi bildirilir.

 

Demokratlar Partiyasının Milli Komitəsi isə bu prosesi Trampın növbəti fırıldağı adlandırıb.

 

Tramp isə ittihamları rədd edərək, bu razılaşmanın “çox açıq və şəffaf” olduğunu deyib.

 

Ağ Evin və ABŞ Ədliyyə Nazirliyinin hüquqşünasları Trampın bu hədiyyəni qəbul etməsinin nə konstitusiyaya, nə də rüşvət əleyhinə qanunlara zidd olduğunu bildiriblər.


OXŞAR XƏBƏRLƏR

“Həyat yoldaşından küsən qadın çökür”

Xalq artisti Gülyanaq Məmmədova həyat yoldaşından danışıb. Sfera.az xəbər verir ki, “Maqazin plus” yutub layihəsində qonaq olan müğənni on...

"80 milyon insan aclıqla üz-üzə qalacaq" - BMT rəsmisi

Birləşmiş Millətlər Təşkilatının (BMT) İnsan Haqları üzrə nümayəndəsi iqlim dəyişikliyinin qlobal aclıq böhranını daha da dərinləşdirəcəyini bildirib.   ...

ABŞ bu sahədə Çinə uduzacaq: "Üstünlüyümüz uzun sürməyəcək”

“OpenAI”nin baş direktoru Sam Altman ABŞ Senatında verdiyi açıqlamada Amerikanın süni intellekt (SI) sahəsindəki liderliyinin Çin qarşısında davamlı...

Metro və dəmir yolundan istifadə edənlər üçün SEVİNDİRİCİ XƏBƏR

Böyük şəhərlərin dayanıqlı inkişafında relsli nəqliyyat - metro və dəmir yolu sistemləri ən effektiv həll yollarından biri sayılır.   Sfera.az x...

Nə üçün Bakını ziyarət edək? - "Forbes" Azərbaycandan yazdı

ABŞ-nin məşhur “Forbes” iqtisadi jurnalında Bakı haqqında məqalə-reportaj dərc olunub.   Sfera.az xəbər verir ki, yazıda Bakının tarixi, ...

Azərbaycanlı aktrisadan cəsarətli paylaşım – FOTOLAR

Türkiyədə yaşayan tanınmış aktrisa Nəsrin Cavadzadə yenə də diqqətləri üzərinə çəkməyi bacarıb. Aktrisa bu dəfə başdan-ayağa transparan libas seçimi ilə gündəmə...