"Putini şəxsən gözləyəcəyəm" - Zelenski

Dünya
22:06 / 11.05.2025
8614
Ukrayna prezidenti Volodimir Zelenski atəşkəs əldə olunacağı təqdirdə mayın 15-də İstanbulda keçiriləcək görüşdə Rusiya prezidenti Vladimir Putini şəxsən gözləyəcəyini bildirib.
Sfera.az xəbər verir ki, bu barədə o, "Telegram" kanalında yazıb.
"Sabahdan atəşkəsin tam və davamlı şəkildə başlanmasını gözləyirik - bu, diplomatiyaya zəruri zəmin yaratmaq üçündür. Qətlləri uzatmağın mənası yoxdur. Cümə axşamı Türkiyədə Putini şəxsən gözləyəcəyəm. Ümid edirəm ki, bu dəfə ruslar gəlməmək üçün bəhanə axtarmayacaqlar." deyə Zelenski bildirib.