Pakistan bütün aviareyslər üçün hava məkanını bağladı

Dünya
10:33 / 11.05.2025
3370
Pakistanın hava məkanı 11 may saat 12:00-a qədər bütün aviareyslər üçün bağlı qalacaq.
Sfera.az xəbər verir ki, Bu barədə ölkənin Mülki Aviasiya İdarəsi açıqlama yayıb.
Əvvəlcə hava məkanının 3:15-dən 12:00-a qədər bağlanacağı bildirilmişdi. Lakin müddətin başa çatmasına az qalmış, hakimiyyət yeni bəyanat yayaraq məhdudiyyətin uzadıldığını elan edib.
Qərarın qəbul olunmasına səbəb kimi təhlükəsizlik sahəsində mövcud vəziyyət göstərilir.
Rəsmi açıqlamada əlavə təfərrüatlar verilməyib.