Hindistan və Pakistan atəşkəsə razıdırlar - Tramp

Dünya
16:46 / 10.05.2025
1629
Hindistan və Pakistan rəsmi Vaşinqtonun vasitəçiliyilə tam atəşkəs barədə razılığa gəliblər.
Sfera.az xəbər verir ki, ABŞ Prezidenti Donald Tramp bu barədə sosial şəbəkələrdə yazıb.
"ABŞ-nin vasitəçiliyilə uzun çəkən gecə danışıqlarından sonra Hindistan və Pakistanın tam və dərhal atəşkəs barədə razılığa gəldiyini elan etməkdən məmnunam", - o qeyd edib.
Pakistan Baş nazirinin müavini və xarici işlər naziri İshak Dar isə öz növbəsində Hindistanla atəşkəs barədə məlumatı təsdiqləyib.