"Qaziantepspor" Səlcuq İnanla yolları ayırdı

"Qaziantepspor" Səlcuq İnanla yolları ayırdı
Kateqoriya məlum deyil
T

Türkiyə Super Liqasında çıxış edən "Qaziantepspor" klubu baş məşqçi Səlcuq İnanla yolları ayırıb.

 

Sfera.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

 

40 yaşlı mütəxəssis 2023/2024 mövsümündən “Qaziantep” klubunu çalışdırırdı.

 

Qeyd edək ki, "Qaziantepspor" S.İnanın rəhbərliyi altında Türkiyə Super Liqasının cari mövsümdə meydana çıxdığı 33 matçda 12 qələbə qazanıb, 6 heç-heçə edib. Bu görüşlərin 15-də məğlubiyyətlə üzləşən komanda hazırda 42 xalla 12-ci pillədədir.

PAYLAŞ