PKK bu gündən tarixə qovuşa bilər

PKK bu gündən tarixə qovuşa bilər

Kürd Fəhlə Partiyası (PKK) bu gün Türkiyəyə qarşı silahlı mübarizəni dayandırdığını və özünü ləğv etdiyini elan edə bilər.

 

Sfera.az  “Middle East Eye” nəşrinə istinadən xəbər verir ki, bu barədə vəziyyətlə tanış olan mənbələr məlumat verib.

 

Onların məlumatına görə, mayın 5-dən 7-dək PKK qurultay keçirib və orada partiyanın həbsdə olan lideri Abdullah Öcalanın müraciətini müzakirə ediblər. “PKK qurultayda tarixi əhəmiyyət kəsb edən qərarların qəbul edildiyini və bu qərarların yaxın vaxtlarda müvafiq sənədlər və izahatlarla birlikdə rəsmən elan ediləcəyini bildirib”, - məlumatda deyilir.

 

Xatırladaq ki, Öcalan 2025-ci ilin fevralında 1978-ci ildə qurduğu təşkilatı silahı yerə qoymağa çağırıb. O, silahlı mübarizəni köhnəlmiş metod adlandırıb və bunu yalnız Türkiyə dövlətinin siyasətinin kürd kimliyini rədd etdiyi və kürdlərin hüquq və azadlıqlarını məhdudlaşdırdığı şəraitdə anlam daşıdığını vurğulayıb. Həbsdə olan PKK lideri Türkiyə hökumətinin son islahatlarının və bölgədəki dəyişikliklərin növbəti silahlı mübarizəni qeyri-mümkün etdiyini söyləyib.

 

O bütün kürd silahlı qruplarının silahı yerə qoymalı və PKK-nın mövcudluğuna son qoymalı olduğunu vurğulayıb. Bu, təkcə PKK-nın özünə deyil, onun Suriya, İrandakı strukturlarına, İraq və Türkiyədə də fəaliyyət göstərən Kürdüstan İcmaları Birliyinə (KCK) aiddir.

 

Martda PKK rəsmi olaraq Öcalanın çağırışını yerinə yetirdiyini açıqlayıb və atəşkəs elan edib.


OXŞAR XƏBƏRLƏR

Hərbçilərimiz Türkiyəyə yollandı - VİDEO

Konya şəhərində keçiriləcək “Anadolu Ankası- 2025” ("Anatolian Phoenix - 2025") beynəlxalq axtarış-xilasetmə təlimində iştirak edəcək Azər...

Bu səfər yeni əməkdaşlıq sahələrinin müəyyənləşdirilməsinə töhfə verəcək

Vyetnam Sosialist Respublikası Kommunist Partiyasının Mərkəzi Komitəsinin Baş katibi To Lamın Azərbaycana səfəri, səfər çərçivəsində imzalanan “Azərbaycan...

Fransa dondurulmuş Rusiya aktivlərini öz müəssisəsi üçün istifadə edəcək

Fransa dondurulmuş Rusiya aktivlərindən əldə edilən gəliri Parisin Kiyevə verdiyi “Caesar” özüyeriyən haubitsalarına xidmət etmək üçün istifadə edəc...

Bakıda bu məktəbdə “Son zəng” üçün pul yığılır? – RƏSMİ

Paytaxtdakı 207 nömrəli tam orta məktəbdə "Son zəng" tədbirinə görə məktəb direktoru tərəfindən vəsaitin tələb olunmasına dair iddialarla bağlı araşdı...

Ceyhun Mirzəyevin yeganə qızıMoskva küçələrində

"Ögey ana", "Fəryad" kimi məşhur filmlərdə rol alan mərhum aktyor Ceyhun Mirzəyevin qızı Cəmalə Mirzəyeva Moskvada küçədə yaşayır. &nbs...

Tərtərdə ağır qəza: Dörd nəfər xəsarət aldı

Tərtərdə baş vermiş yol-nəqliyyat hadisəsində 4 nəfər xəsarət alıb.   Sfera.az xəbər verir ki, qəza rayonun Sarıcalı kəndi ərazisində qeydə alın...