Hindistan və Pakistan arasında gərginlik: Aviaşirkətlərin sxemi dəyişdi

Hindistan və Pakistan arasında gərginlik: Aviaşirkətlərin sxemi dəyişdi

Hindistan və Pakistan arasında baş verən hərbi toqquşmalar beynəlxalq hava nəqliyyatında ciddi dəyişikliklərə səbəb olub. 

 

Sferaz.az “Milliyet” nəşrinə istinadən xəbər verir ki, gərginliyin artması nəticəsində, bir sıra aviaşirkətlər, o cümlədən Türk Hava Yolları və Pegasus, uçuş marşrutlarını dəyişmək və ya ləğv etmək qərarına gəlib.

 

Hindistanın ötən ay baş vermiş ölümcül terror aktına cavab olaraq raket zərbəsi endirməsi iki nüvə silahına malik qonşu ölkə arasında mübahisəli sərhəd zonasında artilleriya atəşlərini daha da intensivləşdirib. Bu vəziyyət, hava məkanının təhlükəsizliyini şübhə altına alaraq, aviaşirkətləri təcili addımlar atmağa vadar edib.

 

Cənubi Koreyanın “Korean Air” aviaşirkəti Seul-İnçeon – Dubay reysini artıq Pakistan hava məkanından deyil, Myanma, Banqladeş və Hindistan üzərindən keçən cənub marşrutu ilə həyata keçirməyə başlayıb. Şirkət rəsmisi AFP-yə açıqlamasında qeyd edib ki, vəziyyət diqqətlə izlənilir və zərurət olduqda əlavə dəyişikliklər ediləcək.

 

Türk Hava Yolları (THY) sərnişin təhlükəsizliyinə önəm verərək Pakistan hava məkanından istifadəni müvəqqəti dayandırıb. Bu qərar, bölgədə döyüş təyyarələrinin aktiv hərəkəti və raket təhdidləri səbəbilə qəbul edilib. Pegasus Hava Yollarının İstanbul-Kəraçi reysi isə hadisələrin baş verdiyi gün geri dönüb. Hər iki aviaşirkət vəziyyəti daim izlədiklərini və uçuş planlarını yeni inkişaflara əsasən tənzimləyəcəklərini açıqlayıb.

 

Hazırda münaqişə zonasının yaxınlığında hava təhlükəsizliyi ilə bağlı ciddi narahatlıqlar davam edir və beynəlxalq aviasiya sektorunun hadisələrə reaksiyası gündəmdə qalmaqdadır.

 

Fidan Hacızadə
Sfera.az

 


OXŞAR XƏBƏRLƏR

Arzu Əliyeva uşaqları ziyarət etdi- VİDEO

Bakı Media Mərkəzinin rəhbəri Arzu Əliyeva “Ümid Yeri” Uşaq Sığınacağını ziyarət edib.   Sfera.az xəbər verir ki, bu barədə Arzu Əliyeva ...

Tolik ata oldu - FOTO

Aparıcı Tarix Əliyev (Tolik) ata olub.   Sfera.az xəbər verir ki, bu haqda şair Nazilə Səfərli paylaşım edib. O, Tolik və körpənin yer aldığı fotoya ...

Pensiya alanların nəzərinə! - Pullar bu tarixdə veriləcək

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu tərəfindən mayın 8-də Bakı və Sumqayıt şəhərləri, eləcə də Abşeron rayonu...

Bakının bu ərazilərindəki evlər 100 faiz BAHALAŞIB

Bakının bəzi ərazilərində evlər kəskin bahalaşacaq.   Kəskin bahalaşmanın səbəbləri nələrdir? Paytaxtın daha çox hansı rayonlarında qiymət artımı göz...

Körpə qız "pişik dilində" ünsiyyət qurmaq bacarığı ilə təəccübləndirdi - VİDEO

ABŞ-ın Miçiqan ştatından olan İna, ingiliscə çox məhdud kəlimələrlə danışan qızının miyovlayaraq pişiyi ilə inamla danışa bildiyini müəyyən edib.   Sfe...

Mahnı yox, üçüncü uşaq gəlir: Rihanna “Met Gala”ya hamilə qatıldı

Dünyaca məşhur müğənni və bir dövrün əfsanəsi, pərəstişkarlarının illərdir yeni mahnı gözlədiyi Rihanna yenə körpə sürprizi ilə gəlib. Sfera.az bildirir ki...