Kobaxidze hakim partiyanın sədri oldu

Dünya
14:58 / 07.05.2025
5688
Gürcüstanın Baş naziri İrakli Kobaxidze ölkənin hakim “Gürcü arzusu – Demokratik Gürcüstan” partiyasının yeni sədri təyin edilib.
“Qafqazinfo” xəbər verir ki, bu barədə sözügedən partiyanın qurultayı zamanı qərar qəbul edilib.
Kobaxidze bununla da, ikinci dəfədir partiyaya sədr təyin edilir. Belə ki, o, 2021-ci ilin yanvarından 2024-cü ilin yanvarına qədər “Gürcü arzusu”na sədrlik edib.
Qeyd edək ki, partiyanın 2024-cü ilin fevralından sədri olan İrakli Qaribaşvili cari il aprelin 25-də siyasətdən getdiyini açıqlayıb.
Onu da xatırladaq ki, İ.Kobaxidze 2024-cü ilin fevralından Gürcüstanın Baş naziridir.