Ərdoğan Trampla nələrdən danışdı? - DETALLAR

Ərdoğan Trampla nələrdən danışdı? - DETALLAR

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ABŞ lideri Donald Trampla telefon danışığında Ukraynada sülhün təmin edilməsi, İranla danışıqlar və Qəzza zolağındakı vəziyyəti müzakirə edib.

 

Sfera.az xəbər verir ki, bu barədə məlumatı Türkiyə Prezident Administrasiyası yayıb.

 

"Ərdoğan Donald Trampla telefon danışığı aparıb. O, ABŞ prezidentinin müharibələrin dayandırılmasına yanaşmasını dəstəklədiyini, İranla danışıqlar prosesini və Trampın Rusiya-Ukrayna müharibəsinin dayandırılması üçün göstərdiyi səyləri yüksək qiymətləndirdiyini bildirib. Ərdoğan söhbət zamanı Qəzza zolağındakı humanitar böhranın ciddi ölçülərə çatdığını, humanitar yardımın fasiləsiz şəkildə Qəzzaya çatdırılmasının vacibliyini və bu fəlakətə son qoyulmasının zəruriliyini vurğulayıb".

 

Ərdoğan, həmçinin Trampa bildirib ki, Türkiyə regiondakı münaqişələrdə atəşkəs rejiminin qurulması və davamlı sülhün təmin edilməsi üçün hər cür əməkdaşlığa və dəstəyə hazırdır.

 

Prezidentlər Suriyadakı vəziyyəti də müzakirə ediblər. Ərdoğan qetd edib ki, ABŞ-nin Suriyaya tətbiq olunan sanksiyaların yumşaldılması istiqamətindəki səyləri bu ölkənin ərazi bütövlüyünün və sabitliyinin qorunması prosesinə töhfə verə bilər.


OXŞAR XƏBƏRLƏR

60 il əvvəl məişət zorakılığından qaçan qadın tapıldı - FOTO

Amerika Birləşmiş Ştatlarında altmış ildən artıqdır itkin düşən 82 yaşlı Odri Beykberq tapılıb. Məlum olub ki, o, ərinin törətdiyi məişət zorakılığından qaçıb. ...

"Saxta canavar" əməliyyatı: Polis Ledi Qaqanın konsertində terror hücumunun qarşısını aldı

Braziliya polisi terror aktına cəhddə şübhəli bilinən şəxsləri həbs edib.   Sfera.az bildirir ki, polis Rio-de-Janeyrodakı Kopakabana çimərliyində &ldq...

Lotereyadan 167 milyon dollar qazadı, 4 gün sonra həbs olundu

ABŞ vətəndaşı Ceyms Fartinq adlı şəxs anasına 2 dollara lotereya bileti alıb. Aprelin 26-da o, 167,3 milyon dollar udduğunu öyrənib. İki gün sonra, aprelin 28-...

Uinston Çörçilin Londondakı mənzili 5 milyon dollara satışa çıxarılıb - FOTOLAR

Böyük Britaniyanın paytaxtı Londonda keçmiş baş nazir Uinston Çörçilin iqamətgahı 5 milyon dollara satışa çıxarılıb.   Sfera.az bildirir ki, iki otaq...

Nazarbayevin xanımı xəstəxanaya yerləşdirildi

Qazaxıstanın birinci Prezidenti Nursultan Nazarbayevın xanımı Sara Nazarbayeva xəstəxanaya yerləşdirilib.   Sfera.az bu barədə yerli mediaya istinadə...

Bu ölkədə 5,7 bal gücündə zəlzələ oldu

​​​​​Meksikada 5,7 bal gücündə zəlzələ baş verib.   Sfera.az xəbər verir ki, bu barədə ölkənin Milli Seysmoloji Xidməti məlumat yayıb.  ...