İordaniyada gözlənilməz sel: 1880-ə yaxın turist...


İordaniyada gözlənilməz sel: 1880-ə yaxın turist...

İordaniyada tarixi Petra abidələrinin yerləşdiyi məkan gözlənilmədən sel sularına məruz qalıb. Hadisə zamanı orada olan 1800-ə yaxın xarici turist təxliyə edilib, əraziyə giriş müvəqqəti olaraq dayandırılıb.

 

Sfera.az xəbər verir ki, bazar günü axşamdan ölkənin cənub vilayətlərinə yağan leysan yağışları nəticəsində vadilərdə sellər yaranıb.

 

Təbii fəlakət nəticəsində paytaxt Əmmandan 205 kilometr cənubda Petra abidələrinin yerləşdiyi Şobək vilayətində iki belçikalı turist - ana və oğlu itkin düşüb. Turistlərin cansız bədənləri uzun axtarışdan sonra bu gün tapılıb.

 

Qayalarda oyulmuş tikililəri ilə məşhur olan Petra şəhəri Əmmandan 225 kilometr cənubda yerləşir. Şəhər qədim Nəbatilər dövlətinin paytaxtı kimi eramızdan əvvəl 312-ci ildə inşa edilib.


OXŞAR XƏBƏRLƏR

60 il əvvəl məişət zorakılığından qaçan qadın tapıldı - FOTO

Amerika Birləşmiş Ştatlarında altmış ildən artıqdır itkin düşən 82 yaşlı Odri Beykberq tapılıb. Məlum olub ki, o, ərinin törətdiyi məişət zorakılığından qaçıb. ...

"Saxta canavar" əməliyyatı: Polis Ledi Qaqanın konsertində terror hücumunun qarşısını aldı

Braziliya polisi terror aktına cəhddə şübhəli bilinən şəxsləri həbs edib.   Sfera.az bildirir ki, polis Rio-de-Janeyrodakı Kopakabana çimərliyində &ldq...

Lotereyadan 167 milyon dollar qazadı, 4 gün sonra həbs olundu

ABŞ vətəndaşı Ceyms Fartinq adlı şəxs anasına 2 dollara lotereya bileti alıb. Aprelin 26-da o, 167,3 milyon dollar udduğunu öyrənib. İki gün sonra, aprelin 28-...

Nazarbayevin xanımı xəstəxanaya yerləşdirildi

Qazaxıstanın birinci Prezidenti Nursultan Nazarbayevın xanımı Sara Nazarbayeva xəstəxanaya yerləşdirilib.   Sfera.az bu barədə yerli mediaya istinadə...

Bu ölkədə 5,7 bal gücündə zəlzələ oldu

​​​​​Meksikada 5,7 bal gücündə zəlzələ baş verib.   Sfera.az xəbər verir ki, bu barədə ölkənin Milli Seysmoloji Xidməti məlumat yayıb.  ...

Azərbaycanda müəllimləri sevindirəcək xəbər

Müəllimlərə sosial dəstəyin gücləndirilməsi istiqamətində yeniliklər olacaq.   Sfera.az xəbər verir ki, artıq bu payızdan etibarən pedaqoji fəal...