Bu hücum Özgür Özəlin yolunu açır

Bu hücum Özgür Özəlin yolunu açır

CHP lideri Özgür Özələ edilən hücum Türkiyə siyasətinə yad hadisə deyil, lakin hücumda suallar yaradan məqamlar da diqqətdən yayınmır.

 

Hücum edən Səlcuk Tengioğlu 2004-cü ildə uşaqlarını öldürdüyü üçün həbs olunub, 2020-ci ildə azadlığa çıxıb. Özəl belə bir şəxsin hücumunun arxasında “başqalarının olduğunu” deyir. Həmin şəxs isə Özələ hücumunun səbəbinin CHP-dən yemək kartı ala bilməməsi və partiyanın “gəncləri küçələrə çağırması” olduğunu iddia edib.

 

Maraqlıdır ki, CHP-yə yaxın solyönümlü “Evrensel” qəzeti 2004-cü ildə S.Tengioğlunun törətdiyi cinayəti “işsizliklə” əlaqələndirmişdi, Tengioğlu da Özələ hücumunu partiyadan “yemək kartı” ala bilməməsi ilə əlaqələndirir: vaxtilə müdafiə etdiyi şəxsin eyni “səbəblə” hücumuna məruz qalan Türkiyə müxalifəti “dejavu” yaşayır.

 

Türkiyənin siyasi gündəmi hücuma məruz qalan Özələ fokuslanıb və bu, onun CHP-də əsas namizəd olmaq perspektivini gücləndirir. Namizədlik mübarizəsində İmamoğlunun önünün kəsilməsi, Özəlin yolunun açılması fonunda bu hücumun yaratdığı effekt xüsusilə maraqlıdır.


OXŞAR XƏBƏRLƏR