Hindistan: "Pakistan Ordusu yenidən atəşkəsi pozdu"

Hindistan: "Pakistan Ordusu yenidən atəşkəsi pozdu"

Hindistan hakimiyyəti Pakistan Ordusunun Cammu və Kəşmir Birlik Ərazisində Nəzarət Xətti boyunca atəşkəsi növbəti dəfə pozduğunu bildirib.

 

Sfera.az xəbər verir ki, Hindistan rəsmilərinin ANI xəbər agentliyinə verdiyi açıqlamada qeyd olunub ki, 2025-ci il mayın 2-dən 3-nə keçən gecə Pakistan Ordusu Kupwara, Uri və Axnoor rayonları ilə üzbəüz ərazilərdə səbəbsiz olaraq kiçik silahlardan atəş açmağa başlayıb.

 

“Atəşkəsin pozulmasına Hindistan Ordusu dərhal və mütənasib şəkildə cavab verib”, – bəyanatda vurğulanıb.

 

Yeni Dehli son günlərdə sərhəddə artan gərginliklə bağlı İslamabada sərt xəbərdarlıq edib. Qeyd edək ki, keçən həftə Cammu və Kəşmirin məşhur turistik məkanı Pahalqamda baş vermiş terror aktından sonra sərhəd zonasında gecə saatlarında atəş səsləri qeydə alınıb.

 

Aprelin 22-də Pahalqam şəhərində baş verən silahlı hücum nəticəsində 25 hindistanlı və bir Nepal vətəndaşı həlak olub, çox sayda insan yaralanıb. Hindistan mətbuatının məlumatına görə, kəşfiyyat orqanları bu terror aktında Pakistanın Xidmətlərarası Kəşfiyyatının (İŞİ) dəstəklədiyi “Ləşkər-e-Taibə” qruplaşmasının iştirakına dair sübutlar əldə edib.

 

Hücumdan sonra Hindistan Pakistandakı səfirliyindəki heyəti yarıbayarı ixtisar edib, su ehtiyatlarının paylaşdırılması üzrə ikitərəfli razılaşmanı dayandırıb, Pakistanın Hindistandakı diplomatik missiyasının hərbi məsləhətçilərini persona non grata elan edib və Pakistan vətəndaşlarına vizaların verilməsini müvəqqəti dayandırıb.

 

Hindistan və Pakistanın yüksək rütbəli hərbi rəsmiləri çərşənbə axşamı baş tutan danışıqlarda bir araya gəlib və Hindistan tərəfi rəsmi etirazını qarşı tərəfə çatdırıb.

 

Fidan Hacızadə
Sfera.az


OXŞAR XƏBƏRLƏR

İlk türk astronavtı olduğunu iddia edərək yaponları belə aldadan adam

Serkan Anılır, sosial medianın həyatımıza yeni daxil olduğu bir vaxtda adını hallandıran təəccüblü ad olub. O, özünü ilk türk astronavtı və Yaponiyanın super be...

Mehriban Əliyevaya “Müqəddəs Knyaginya Olqa” ordeni təqdim edildi - FOTOLAR

Moskvanın və Bütün Rusiyanın Patriarxı Kirill Rus Pravoslav kilsəsinin I dərəcəli “Müqəddəs Knyaginya Olqa” ordenini Azərbaycanın Birinci vitse-prez...

Yəmənin Baş naziriİSTEFA VERDİ

Yəmənin Baş naziri Əhməd Əvvad bin Mübarək istefa verib.   Sfera.az xəbər verir ki, bu barədə o, özünün “X” hesabında məlumat yayıb....

2021-ci ildə diqqət çəkmişdi: Parisdəki 3300 illik obeliskin sirri açıldı - FOTO

Parisin ən gur meydanlarından birində yerləşən 3300 illik obelisk illərdir həm turistlərin, həm də tarix həvəskarlarının diqqətini çəkir. Lakin 2021-ci ildə apa...

Rusiya ordusunda döyüşən azərbaycanlı HƏLAK OLDU

Rusiya-Ukrayna müharibəsində daha bir azərbaycanlı həlak olub.   Sfera.az xəbər verir ki, bu barədə sosial şəbəkələrdə məlumat yayılıb.  ...

Sumqayıtda silah-sursat aşkarlandı

Sumqayıt şəhərinin müxtəlif ərazilərində silah-sursat aşkarlanıb.   Sfera.az xəbər verir ki, Corat qəsəbəsi ərazisində 1 ədəd təklülə ov tüfəngi...