Məşhur serialın aktyorları illər sonra bir araya gəldi

Məşhur serialın aktyorları illər sonra bir araya gəldi
Kateqoriya məlum deyil
T

Türkiyənin bir vaxtlar məşhur olan “Doktorlar” serialında “Ela”, “Hasan” və “Arslan” obrazlarını canlandıran Yasemin Özilhan, Yağmur Atacan və Devrim Nas uzun illərdən sonra bir araya gəliblər.

 

Sfera.az-ın məlumatına görə, Yasemin birgə fotolarını instaqram hesabında paylaşıb.

 

Aktyorlar basketbol üzrə Avroliqanın pley-off mərhələsi çərçivəsində keçirilən “Anadolu Efes” - “Panatinaikos” oyunun birgə izləyiblər. 

 

Qeyd edək ki, görüş İstanbul təmsilçisinin 85:82 hesablı qələbəsi ilə yekunlaşıb.

 

Xatırladaq ki, “Doktorlar” serialı 2006-2011-ci illərdə yayımlanıb. Baş rollarda Yasemin Özilhan, Kutsi, Melike Güner, Bekir Aksoy, Yeşim Ceren Bozoğlu və Devrim Nas rol alıb.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR