Tramp Roma Papası obrazını canlandırdı

Dünya
10:01 / 03.05.2025
2928
ABŞ Prezidenti Donald Tramp Roma Papası obrazında fotoşəklini dərc edib.
Sfera.az xəbər verir ki, Tramp müvafiq şəkli bu gün “Truth Social” şəbəkəsində paylaşıb.
Fotoda o, qızıl suyuna salınmış taxtda oturub və ağ sutana geyinib. Trampın sinəsində böyük qızıl xaç, başında isə dəfnə çələnginin simvolu olan katolik mitrası var.
Şəkildə ABŞ Prezidenti şəhadət barmağını yuxarı qaldırıb, adsız barmağında isə üzük var.
Qeyd edək ki, Ağ Evin “X” sosial şəbəkəsindəki səhifəsində Trampın paylaşımı dərc edilib.