Aİ missiyasının müşahidəçisi İrəvanda hoteldə ölü tapıldı

Dünya
20:43 / 02.05.2025
3746
Avropa İttifaqının Ermənistandakı missiyasının müşahidəçilərindən birinin İrəvandakı hotellərdən birində meyiti tapılıb.
Sfera.az "News.am"a istinadən xəbər verir ki, adı açıqlanmayan müşahidəçi hoteldə keçinib.
İlkin məlumata görə, onun infarktdan öldüyü ehtimal olunur.
Faktla bağlı araşdırma başladılıb