7,5 bal gücündə zəlzələ bu ölkəni silkələdi

Dünya
18:44 / 02.05.2025
5327
Çilinin cənubunda 7,5 bal gücündə zəlzələ baş verib.
Sfera.az xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.
Zəlzələdən sonra sunami təhlükəsi elan olunub.
Dağıntılar və təlafat barədə hələlik məlumat yoxdur.
Xatırladaq ki, Çilidə aprelin 18-də 5,7 maqnitudada zəlzələ qeydə alınmışdı.