Uoltsun vəzifəsini o yerinə yetirəcək

Dünya
23:00 / 01.05.2025
2206
ABŞ dövlət katibi Marko Rubio prezidentin milli təhlükəsizlik üzrə müşaviri vəzifəsini icra edəcək.
Sfera.az xəbər verir ki, bu barədə Ağ Evin rəhbəri Donald Tramp “Truth Social” sosial şəbəkəsində bildirib.
Qeyd edək ki, Rubio yanvarın 21-dən ABŞ-nin dövlət katibidir.
Xatırladaq ki, ABŞ prezidentinin milli təhlükəsizlik müşaviri Mayk Uolts və onun müavini Aleks Vonq vəzifələrini tərk ediblər.