Türkiyənin kurort bölgəsində zəlzələ olub

Dünya
21:32 / 01.05.2025
4596
Türkiyənin Antalya vilayətində zəlzələ baş verib.
Sfera.az xəbər verir ki, bu barədə Türkiyənin Fövqəladə Halların İdarə olunması Agentliyi (AFAD) sosial şəbəkə hesabında məlumat paylaşıb.
Yeraltı təkanlar vilayətin Serik rayonunda qeydə alınıb.
Zəlzələnin gücü 3.9 bal olub. Bakı vaxtı ilə saat 18:43-də qeydə alınan zəlzələ yerin 94 kilometr dərinliyində baş verib.