İlon Mask işdən uzaqlaşdırılacaq?

Dünya
11:04 / 01.05.2025
2995
Tesla (TSLA.O) sədri Robyn Denholm, bəzi media orqanlarında yayılan “İlon Maskın yerinə yeni CEO tapmaq üçün işə götürmə şirkətlərinə müraciət edilib” xəbərlərinə münasibət bildirib.
Sfera.az “Reuters” nəşrinə istinadən xəbər verir ki, Denholm bu iddiaların “tamamilə yalan” olduğunu açıqlayıb.
O əlavə edib ki, Tesla idarə heyəti İlon Maskın qarşıdakı maraqlı böyümə planlarını uğurla həyata keçirmək qabiliyyətinə tam malikdir.
Fidan Hacızadə
Sfera.az