ABŞ və Ukrayna arasında saziş imzalandı

ABŞ və Ukrayna arasında saziş imzalandı

ABŞ Maliyyə Nazirliyi ABŞ və Ukrayna arasında iqtisadi tərəfdaşlıq sazişinin imzalandığını açıqlayıb. 
 

Sfera.az “Anadolu Ajansı”na istinadən xəbər verir ki, müqaviləyə əsasən, ABŞ Ukraynaya göstərdiyi hərbi və maliyyə dəstəyi müqabilində ölkənin təbii sərvətlərinə çıxış əldə edəcək.

 

Saziş çərçivəsində “ABŞ-Ukrayna Yenidənqurma İnvestisiya Fondu” yaradılacaq. Bildirilib ki, bu fond Ukraynanın iqtisadi dirçəlişini sürətləndirmək məqsədi daşıyır.
Maliyyə naziri Skott Bessent razılaşmanı şərh edərək, Tramp administrasiyasının Ukraynada azad və firavan sülhə sadiq olduğunu bildirib. O əlavə edib ki, Rusiyanın müharibəsini dəstəkləyən heç bir dövlət və ya şəxs Ukraynanın yenidənqurulmasından fayda götürə bilməyəcək.

 

Fidan Hacızadə

Sfera.az


OXŞAR XƏBƏRLƏR