Böyük evinin olmasına baxmayaraq 4 ildir maşında yaşayır - FOTO


Böyük evinin olmasına baxmayaraq 4 ildir maşında yaşayır - FOTO

Çinli proqramçı Zhang Yunlai öz dörd mərtəbəli evinin olmasına baxmayaraq, dörd ildir ki, elektrik avtomobilində yaşayır. Kişi bu seçimi azadlığı və rahatlığı üçün etdiyini iddia edir.
 

Sfera.az bildirir ki, 41 yaşlı proqramçı Zhang Yunlai doğma şəhəri Yangjiangda 400 kvadrat metrlik dörd mərtəbəli evə sahib olmasına baxmayaraq, 4 ildir elektrik avtomobilində yaşadığını açıqlayaraq sosial medianı şoka salıb. Gənc adam əvvəlcə mənzilini kirayə verib, bir gecə parkda gecələmə təcrübəsi hər şeyi dəyişib.
 

Zhangın sözlərinə görə, o, bu həyat tərzini ehtiyacdan deyil, sadəlik və azadlıq sevgisindən seçib. İş üçün Shenzhenə köçdükdən sonra o, əvvəlcə mənzilini kirayə verib, bir gecə parkda gecələmə təcrübəsi hər şeyi dəyişib.
 

Proqramçı elektrik avtomobili alıb və onun içində yataq yeri düzəldib, arxa oturacağa döşək qoyub. O vaxtdan iş günləri maşınında yatır, idman zalında duş qəbul edir, işdə yeməkxanada yemək yeyir, xüsusi stansiyalarda avtomobilini şarj edir. Həftə sonlarını evdə, ailəsi ilə birlikdə, paltar yumaq və dincəlməklə keçirir.
 

Zhangın orta gündəlik xərcləri yemək və parkinq də daxil olmaqla təxminən 100 yuan (5 Azn) təşkil edir. Maşında yaşadığı dörd il ərzində o, təxminən 100.000 yuan (təxminən 29 min Azn) qənaət edib.
 

"Mənə pulsuz mənzil təklif etsələr belə, imtina edərdim. Sadəcə maşında yatarkən özümü daha rahat hiss edirəm - bu, azadlıqdır"- Zhang deyir. O, belə bir həyatın Şençjenin isti iqlimi sayəsində mümkün olduğunu da etiraf edir.
 

Adam proqramçı kimi işləməyə davam edir və ayda on minlərlə yuan qazanır, lakin gələcəkdə evə qayıtmağı da istisna etmir.
 

“Daha bir neçə il işlədikdən sonra ailəmin yanına qayıtmaq istəyirəm” - deyə o əlavə edib.


Aynil


OXŞAR XƏBƏRLƏR

Araşdırmaya görə, ən tənha insanların yaşadığı yerlər məlum olub

Yunanıstan və Kiprdəki səmavi mənzərələr və günəş işığının bolluğu insanın belə gözəllikdə həqiqətən xoşbəxt olacağına zəmanət vermir. Bu yerlər özünü tənha his...

Böyük evinin olmasına baxmayaraq 4 ildir maşında yaşayır - FOTO

Çinli proqramçı Zhang Yunlai öz dörd mərtəbəli evinin olmasına baxmayaraq, dörd ildir ki, elektrik avtomobilində yaşayır. Kişi bu seçimi azadlığı və rahatlığı ü...

Niyə bəzi ölkələrdə həbsxanadan qaçmaq cinayət sayılmır?

Həbsxanadan qaçmağın hər yerdə ağır cəzaya səbəb olduğunu düşünürsənsə, yanılırsan. Bəzi ölkələrdə məhbusların qaçmağa cəhdləri tamam fərqli anlayışla qarşılanı...

Ağcabədidə ağır qəza, iki hərbçi həlak oldu- VİDEO

Ağcabədidə baş verən qəzada iki nəfər ölüb.    Sfera.az-ın xəbərinə görə, hadisə rayon ərazisində baş verib.   Belə ki, hərəkətdə ola...

Azərbaycanda ən çox hansı avtomobillər kreditlə alınır?

2024-cü il üzrə Azərbaycanda fiziki şəxslər tərəfindən alınan istehlak kreditləri çərçivəsində avtomobil kreditlərinin strukturu dəyişib, ekoloji cəhətdən daha ...

“Yalı Çapkını”nın andiçmə mərasimi oldu - VİDEO

“Yalı Çapkını”nın Feriti Mert Ramazan Demirim əsgərlikdən görüntüləri yayılıb.   Sfera.az xəbər verir ki, Hatayda ödənişli hərbi xidmətdə...