53 şagird qidadan zəhərləndi - Türkiyədə

Kateqoriya məlum deyil
T
Türkiyədə 53 şagird qidadan zəhərlənib.
Sfera.az Türkiyə KİV-ə istinadən xəbər verir ki, hadisə Diyarbəkir şəhərinin Kayapınar rayonundakı Güleçoba Aşıkan məktəbində baş verib.
Belə ki, məktəbdə yeməkdən sonra şagirdlərdə qızdırma, halsızlıq müşahidə olunub. Onlar dərhal xəstəxanaya yerləşdiriliblər. Şagirdlərə zəhərlənmə diaqnozu qoyulub.
Məlumata görə, uşaqlardan 47-si artıq evə buraxılıb. Qalanlarının isə müalicəsi davam etdirilir.
Faktla bağlı araşdırma başladılıb.






