Əməliyyatda ölən xəstə 3 saat sonra dirildi - FOTO

Əməliyyatda ölən xəstə 3 saat sonra dirildi - FOTO

Türkiyədə nadir tibbi əməliyyatla həyata qaytarılan xəstə gündəm olub.2 ay əvvəl qəfil ürək və bel ağrısı ilə xəstəxanaya müraciət edən Mustafa Şahin adlı pasiyent bütün aortasında cırılma (diseksiyası) aşkarlanıb. Bu vəziyyət adətən ölümcül hesab olunur, lakin xəstə nadir "fil gövdəsi" texnikası ilə həyata qaytarılıb.

 

Sfera.az xəbər verir ki, əməliyyat zamanı xəstənin bədənində qan dövranı tamamilə dayandırılıb. Bu müddət ərzində yalnız beynə qan getməsi təmin olunub və bədən 22 dərəcəyə qədər soyudulub. Əməliyyatın ən kritik 100 dəqiqəsində Mustafa Şahin "müvəqqəti olaraq ölü vəziyyətdə" saxlanılıb.

 

Prof. Dr. Erdilin sözlərinə görə, aorta diseksiyası diaqnozu çox zaman infarktla qarışdırılır və gec qoyulan diaqnoz ölümcül nəticələrə gətirib çıxara bilər. "Bu xəstələrin 25 faizi xəstəxanaya çatmadan həyatını itirir", - deyə o bildirib. Bu səbəbdən belə əlamətlərlə gələn xəstələrin vaxtında və düzgün mərkəzə yönləndirilməsi həyati əhəmiyyət daşıyır.

 

Əməliyyatda iştirak edən digər cərrahlar da bu hadisəni peşə tarixlərində nadir rast gəlinən bir uğur kimi qiymətləndiriblər. Op. Dr. Şahin Kapan "fil gövdəsi" texnikasını kitabdan oxusa da, ilk dəfə real həyatda tətbiq etdiyini deyib. Prof. Dr. Mehmet Özcan isə bildirib: "Normalda 30 dəqiqə qan dövranı dayanması mümkün sayılır. Bu xəstədə 100 dəqiqəlik müddət tətbiq etdik və o, heç bir nevroloji əlamət olmadan sağaldı".

 

7 saat davam edən əməliyyatın sonunda xəstə nevroloji və orqanik heç bir problem olmadan evə buraxılıb. 

 

Məqaləyə dair fotomateriallar:

 


OXŞAR XƏBƏRLƏR

Bakı-Tiflis sərnişin qatarının fəaliyyəti bərpa ediləcək

Bakı-Tiflis sərnişin qatarının fəaliyyəti mayın sonunda bərpa ediləcək.   Sfera.az xəbər verir ki, bu barədə Trend-ə Gürcüstan hökumətindəki mən...

Hindistan Pakistan təyyarələri üçün hava məkanını bağlayır

Hindistan hava məkanını bütün Pakistan təyyarələri üçün bağlayıb.   Sfera.az xəbər verir ki, bu haqda NOTAM aviasiya bildirişində məlumat verilib. ...

Xalq rəssamı Rafiz İsmayılov vəfat etdi

Görkəmli kino və dekor rəssamı, Azərbaycanın Xalq rəssamı Rafiz İsmayılov vəfat edib.   Bu barədə Azərbaycan Kinematoqrafçılar İttifaqından məlumat v...

Fərid Şahbazlı: “Bakı və Tehran qarşılıqlı etimada əsaslanan siyasət nümayiş etdirdi”

“İran Prezidenti Məsud Pezeşkiyanın Azərbaycana rəsmi səfəri Azərbaycan–İran münasibətlərinin strateji tərəfdaşlıq səviyyəsinə yüksəlməsi üçün real ...

Prezidentin yük maşınını idarə etdiyi anın - VİDEOSU

Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev bu gün Sumqayıt Kimya Sənaye Parkında “Az-Tex-İmport” MMC-nin “IVECO” markalı yük və xüsus...

Dubayda minlərlə lüks avtomobilin tərk edilməsinin səbəbləri - FOTOLAR

Lamborghini, Ferrari, Bentley... Hamısı Dubay küçələrində toz yığmaq üçün qalıb. Bir çoxumuz bu şəhəri dəbdəbə və əzəmətlə əlaqələndirsək də, superkarların çürü...