ABŞ və İran rəsmiləri bu tarixdə görüşəcək

ABŞ və İran rəsmiləri bu tarixdə görüşəcək

İranın xarici işlər naziri Abbas Əraqçi ABŞ ilə dördüncü raund nüvə danışıqlarının 3 mayda Romada keçiriləcəyini bildirib. 

 

Sfera.az “NTV”yə istinadən xəbər verir ki, danışıqlardan əvvəl İngiltərə, Fransa və Almaniya ilə də görüşlər planlaşdırılır.

 

Əraqçi Avropa ölkələrinin yanlış siyasətləri səbəbindən danışıqlardakı rolunun azaldığını qeyd edib, lakin bunun qarşısını almaq üçün onlarla təmasların davam etdirildiyini deyib.

 

Nazir ABŞ-nin yeni sanksiyalarına da reaksiya verərək, bu addımların mənfi mesaj verdiyini vurğulayıb.

 

Tehran və Vaşinqton son həftələrdə Oman və Romada dolayı danışıqlar aparıb, hər iki tərəf danışıqlarda irəliləyiş olduğunu açıqlayıb.

 

Fidan Hacızadə
Sfera.az


OXŞAR XƏBƏRLƏR