Türkiyədə yenə zəlzələ oldu

Türkiyədə yenə zəlzələ oldu

Türkiyədə yenə zəlzələ olub.

 

Sfera.az xəbər verir ki, Muğla şəhərində 3,7 bal gücündə zəlzələ olub, Kütahyada silkələnib.

 

Kandilli Rəsədxanasının yaydığı məlumata görə bu gün səhər saat 06:39-da Muğlada yeraltı təkanlar qeydə alınıb. Zəlzələnin gücü 3,7 bal olaraq ölçülüb. Digər tərəfdən isə Kütahya bölgəsindən ard-arda zəlzələ xəbərləri gəlir. Rəsədxana Kütahyadakı son təkanın 3,6 bal gücündə və 7 kilometr dərinlikdə baş verdiyini açıqlayıb.


OXŞAR XƏBƏRLƏR