Fransada müsəlman gənc öldürüldü: Yüzlərlə insan etiraza başladı - VİDEO

Fransada müsəlman gənc öldürüldü: Yüzlərlə insan etiraza başladı - VİDEO

Fransanın paytaxtı Parisdə yüzlərlə insan islamofobiyaya göz yumulmasına qarşı keçirilən etiraz aksiyasına qoşulub.

 

Sfera.az xəbər verir ki, aksiya iştirakçıları “Grand-Combe” məscidində 22 yaşlı Abubakarın bıçaqlı hücum nəticəsində öldürülməsini pisləyiblər. 

 

Onlar gəncin qətlə yetirilməsinə ediblər. Həmçinin yüksək səslə “Ədalət” tələbini səsləndirib və faciəyə şərait yaradan mühiti pisləyiblər.
 

Etirazçılar ölkədə müsəlman icmasının getdikcə daha çox sıxışdırıldığını və bu icmaya qarşı həyata keçirilən qanunsuz əməllərə göz yumulduğunu vurğulayıblar. 
 

Eyni zamanda, media subyektlərinin bu məsələlərə qeyri-obyektiv yanaşmasına və ölkədə baş alıb gedən irqi ayrı-seçkiliyin bütün formalarına qarşı çıxıblar. “İslamofobiya var, bu reallıqdır. Hökumətin susqunluğu səbəbindən isə islamofobiya getdikcə artır”, - deyə nümayişçilər bildiriblər. 


Onlar, həmçinin daxili işlər naziri Brüno Rötayonun amansız qətl hadisəsinə reaksiya verməsini və ümumilikdə islam dininə “təhlükə” kimi baxılmasına son qoyulmasını tələb ediblər.
 

Qeyd edək ki, Abubakar 40 bıçaq zərbəsi ilə öldürülüb. Qatil bu hadisəni videoya çəkərək sosial şəbəkədə paylaşıb. O, daha bir neçə nəfəri də öldümək istədiyini bildirib. Hadisədən sonra Fransa Müsəlman Dini Şurası ibadət edənlərə məscidlərdə tək qalmamağı, təcrid olunmamağı tövsiyə edib və hökuməti müsəlmanların ibadət yerlərində təhlükəsizliyi gücləndirməyə çağırıb.


Ölkənin Baş naziri Fransua Bayru islamofob alçaqlığı pisləyərək, qatilin tutularaq cəzalandırılmasını təmin etmək üçün dövlətin resurslarının səfərbər olunduğunu bildirib.






 


OXŞAR XƏBƏRLƏR

Pakistan Hindistana xəbərdarlıq etdi

Pakistan Hindistan Hərbi Hava Qüvvələrinin genişmiqyaslı manevrləri fonunda Yeni Dehlini Pakistanın hava məkanına müdaxilə etməməsi barədə xəbərdarlıq edib. ...

İran şirkətləri Azərbaycanda infrastruktur layihələrində iştiraka dəvət edildi

Dövlət xətti ilə Azərbaycanda bir çox infrastruktur layihələri həyata keçirilir. Biz İran şirkətlərini bu layihələrdə iştiraka dəvət edirik.   Sfera....

Şuşanın işğalı əməliyyatında iştirak etdiyini təsdiqləyib

Aprelin 28-də Bakı Hərbi Məhkəməsində davam etdirilən məhkəmə prosesində təqsirləndirilən şəxs Bako Sahakyan Ermənistan silahlı qüvvələrinin Şuşa rayonunu işğal...

84 yaşlı həkim itkin düşdü

Qusar rayonunda 84 yaşlı kişi itkin düşüb.   Sfera.az xəbər ki, 1941-ci il təvəllüdlü Arif Uluxan oğlu Uluxanov aprelin 26-da saat 14 radələrind...

Pezeşkian Bakının ən hündür nöqtəsində- FOTOLAR

Xəbər verdiyimiz kimi, Azərbaycanda rəsmi səfərdə olan İran Prezidenti Məsud Pezeşkian aprelin 28-də Şəhidlər xiyabanını ziyarət edib.   Sfera.az-ın&...

Bacılar Xatirəyə cavab verdilər: "Vulqar şəkildə geyinmirik..."

Sevil və Sevinc Səfərova bacıları Xatirə İslamın “Oğluma onları almazdım, qısa geyinirlər” sözlərini cavabsız qoymayıblar.   Əkiz müğənni...