Avropada enerji böhranı - Bu iki ölkə işıqsız qaldı - FOTO - VİDEO

Avropada enerji böhranı - Bu iki ölkə işıqsız qaldı - FOTO - VİDEO

İspaniya və Portuqaliyanın böyük hissəsində baş verən elektrik kəsintisi nəticəsində telekommunikasiya şəbəkələri çöküb, metro və nəqliyyatda ciddi nasazlıqlar yaranıb. İspaniyanın paytaxtı Madriddə işıqforların işləməməsi böyük tıxaclara səbəb olub.

 

Sfera.az xarici mediaya istinadən xəbər verir ki, İspaniyanın elektrik şəbəkəsi operatoru "Red Electrica" və "E-Redes" vəziyyətin normallaşdırılması üçün işlərin davam etdiyini açıqlayıb.

 

Portuqaliya polisi də ölkədə metro xətlərinin və qatarların fəaliyyətinin dayandırıldığını bildirib.


Elektrik kəsintilərindən yalnız İspaniya və Portuqaliya deyil, həm də Fransa və Belçikanın bəzi bölgələri təsirlənib.


Madrid Açıq Tennis Turnirində qarşılaşmalar müvəqqəti olaraq dayandırılıb. Elektrik kəsintisinin səbəbi hələlik açıqlanmayıb və vəziyyətin bərpası ilə bağlı rəsmi məlumatlar gözlənilir.

Qeyd edək ki, İspaniya və Portuqaliyada elektrik enerjisinin kəsilməsi nəticəsində Belçika, İrlandiya və Fransada da təchizatda çətinliklər olub. 


Bəsti Rəfizadə

 

 

 

 

 

 

 

 

 


OXŞAR XƏBƏRLƏR

Ödənişli yolda qəza: biri vurdu, digərləri üstündən keçdi...

Bakı-Quba-Rusiya ilə dövlət sərhədi ödənişli avtomobil yolunda ölüm hadisəsi baş verib.   Sfera.az Oxu.az-a istinadən xəbər verir ki, iyulun 1-i səhə...

Serj Sarkisyana qarşı rüşvət almaq ittihamı irəli sürüldü

Ermənistanın 3-cü prezidenti Serj Sarkisyana qarşı rüşvət almaq və qanunsuz sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq ittihamı irəli sürülüb.   Sfera.a...

Rusiyada döyülən azərbaycanlı qadın: “Mənə təxribatçı suallar verdilər” - VİDEO

Rusiyanın Yekaterinburq şəhərində restoranda çalışan azərbaycanlı qadın "KRİK-TV"nin əməkdaşının hücumuna məruz qalıb. Belə ki, televiziya əməkdaşı Al...

Günvurma bu şəxslər üçün risklidir - AÇIQLAMA

Yay aylarının ən çox rast gəlinən sağlamlıq problemlərindən biri günvurmadır. Bu zaman bədənin istilik tənzimi pozulur, daxili orqanlarda zədələnmələr baş verə ...

Qarpızdan 16 nəfər zəhərlənib

May-iyun ayları ərzində Kliniki Tibbi Mərkəzin Təcili və Təxirəsalınmaz Tibbi Yardım şöbəsinə qarpızdan zəhərlənmə şübhəsi ilə 16 nəfər müraciət edib.  ...

"Azərbaycanın baş prokuroru ilə əlaqədəyik" - Peskov

İstintaq Komitəsinin sədri Aleksandr Bastırkin Azərbaycanın baş prokuroru ilə əlaqədədir, tərəflər Yekaterinburq və Bakıda baş vermiş rezonans hadisələrin araşd...