ABŞ və İranın "ulduzu barışır" - RƏY

ABŞ və İranın "ulduzu barışır" - RƏY

ABŞ Prezidenti Donald Tramp İran İslam Respublikası ilə nüvə proqramı üzrə yeni bir razılığa gəlməyin mümkünlüyünə inandığını bildirib. 

 

O, yanvar ayında verdiyi açıqlamada, “İranın nüvə silahı əldə etməsinin qarşısını almaq üçün yeni bir razılaşma mümkündür” deyərək, hər hansı bir razılaşmanın “on qat yoxlanılmalı” olduğunu vurğulayıb.

 

Tərəflər hansı şərtləri özləri üçün məqbul hesab edir?

 

Sfera.az-a bu barədə açıqlama verən politoloq Oqtay Qasımov ABŞ və İrann üçüncü danışıqlar raundundan sonra razılaşmaya doğru ciddi irəliləyiş əldə etdiklərini bildirib. 

 


Politoloqun sözlərinə görə, ABŞ Prezidenti Donald Tramp da verdiyi açıqlamada İranla tam bir razılaşmanın əldə olunacağına inam ifadə edib:

 

“Onun bu əminliyi, İranın prosesin əvvəlində sərgilədiyi sərt mövqedən geriləyərək danışıqlar masasına əli boş, ilkin şərtlər irəli sürmədən əyləşməsi ilə əlaqələndirilir. Amerika tərəfinin tələbləri isə aydındır”. 


O.Qasımov əsas məsələnin İranın nüvə proqramının məhdudlaşdırılması olduğunu qeyd edib. 

 

O vurğulayıb ki, burada söhbət, İranın uranı zənginləşdirmə faizinin müəyyən bir səviyyədə saxlamasından və Beynəlxalq Atom Enerjisi Agentliyinə (MAGATE) İranın nüvə obyektlərində yoxlamalar aparmasına icazə verilməsindən gedir:

 

“Digər vacib məsələ isə İranın Yaxın Şərqdəki müxtəlif qruplara verdiyi dəstəyi dayandırması ilə bağlıdır. İran rəsmiləri bunu açıq şəkildə bəyan etməsələr də, əslində bu tələblərin bir hissəsini qəbul etmiş kimi görünürlər. Bildirilir ki, İran uranı zənginləşdirmə səviyyəsini 3-7% aralığında saxlamaq niyyətindədir və bu zənginləşdirilmiş uranın yalnız hərbi məqsədləri üçün istifadə olunacağı vurğulanır”.


Müsahibimiz bildirib ki, bu məsələ ilə bağlı Ayətullah Xameneinin verdiyi fitva da önə sürülür:

 

“Bütün bunlar ABŞ-nin İranla razılaşmaya çox yaxın olduğunu göstərir. Əgər fövqəladə və ya gözlənilməz bir hadisə baş verməsə, bu danışıqların müsbət nəticələnəcəyi gözlənilir”.

 

Fidan Hacızadə


OXŞAR XƏBƏRLƏR

“Xankəndi, Ağdərə və Xocalıda Bərpa, Tikinti və İdarəetmə Xidməti direktorunun müavinləri artırıldı

"Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin Nizamnaməsində dəyişiklik edilib.   Sfera.az xəbər ver...

Moskvada kritik zirvə: Suriya və Rusiya XİN rəhbərləri görüşdü

Bəşər Əsədin devrilməsindən sonra yeni Suriya hökumətindən Rusiyaya ilk rəsmi səfər reallaşıb. Suriya Xarici İşlər naziri Əsəd Şeybani bu gün Moskvaya səfər edi...

Regionların sosial-iqtisadi inkişafının təşviqi: Azərbaycanın strateji hədəfi

Müasir dövrdə hər bir ölkənin dayanıqlı inkişafını təmin etmək üçün regionların sosial-iqtisadi inkişafı mühüm strateji əhəmiyyət kəsb edir. Sosial rifah və iqt...

Mədəniyyət Nazirliyinə Azərbaycan dili ilə bağlı yeni vəzifələr verildi - FƏRMAN

Mədəniyyət Nazirliyinə Azərbaycan dili ilə bağlı yeni vəzifələr verilib.   Sfera.az  xəbər verir ki, bu barədə Prezident İlham Əliyev Fərman imz...

Kürdəmirdə avtomobil yolları təmir ediləcək - SƏRƏNCAM

Prezident İlham Əliyev Bakı–Ələt–Qazax–Gürcüstanla dövlət sərhədi magistralını Kürdəmir rayonunun Sığırlı, Ərşəli, Muğanlı, Xınıslı kəndləri v...

İlham Əliyev QHT-lərlə bağlı qanuna edilən dəyişikliyi təsdiqlədi

Prezident İlham Əliyev “Qeyri-hökumət təşkilatları (ictimai birliklər və fondlar) haqqında” və “Cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaş...