"Robotlar ən yaxşı cərrahları geridə qoyacaq" - İlon Mask

"Robotlar ən yaxşı cərrahları geridə qoyacaq" - İlon Mask

Cəmi beş ildən sonra robotlar tibbi əməliyyatların keyfiyyətinə görə ən yaxşı cərrahları geridə qoya biləcəklər. 

 

Sfera.az xəbər verir ki, bu fikri ABŞ Hökumətinin Effektivliyi Departamentinin (DOGE) kuratoru İlon Mask deyib.

 

"Robotlar bir neçə il ərzində yaxşı cərrahları, təxminən beş ildən sonra isə ən yaxşı cərrahları geridə qoyacaq", - o, öz “X” hesabında yazıb.

 

İş adamı qeyd edib ki, onun Neuralink şirkəti beyinə elektrodların implantasiyası üçün robotlardan istifadə etməyə məcbur olub, çünki insan əlləri belə əməliyyatı lazımi sürət və dəqiqliklə yerinə yetirmək iqtidarında deyil.

 

Qeyd edək ki, Maskın 2016-cı ildə əsası qoyulan Neuralink startapı nəhayət insan beyninə implantasiya oluna biləcək çiplər hazırlayır. Sahibkar hesab edir ki, bu cür neyron interfeyslər insana süni intellektə müqavimət göstərə bilən kiborqa çevrilməyə imkan verəcək, həm də insanlara düşüncə gücündən istifadə edərək kompüteri idarə etməyi öyrənməyə kömək edəcək. 2023-cü ildə şirkət insanlar üzərində klinik sınaqlar keçirmək üçün ABŞ Qida və Dərman İdarəsindən icazə aldığını da açıqlayıb.


Firuzə Əliyeva

 


OXŞAR XƏBƏRLƏR

İlham Əliyev siyasəti: Vətəndə sülh, Bölgədə sülh, Dünyada sülh…

XXI əsrin əvvəllərində Cənubi Qafqaz dünya siyasətində uzunmüddətli münaqişələrin, geosiyasi qarşıdurmaların, etimad böhranlarının və hətta qanlı toqquşmaların ...

İran Prezidenti: “Yaxın gələcəkdə yenidən Azərbaycana gələcəm” - VİDEO

İran Prezidenti yaxın gələcəkdə yenidən Azərbaycana səfər edəcək.   Bizim.Media xəbər verir ki, bu barədə İran Prezidenti Məsud Pezeşkian Azərbayc...

Milli Məclisin növbəti iclasının tarixi və gündəliyi açıqlandı

Milli Məclisin növbəti iclasının tarixi və gündəliyi məlum olub.   Bu barədə Sfera.az-a Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən x...

Vətəndaşlara ZƏLZƏLƏ XƏBƏRDARLIĞI - Çantalarınızı hazır saxlayın

Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) və Mədən Tədqiqat və Axtarış Ümumi Müdirliyi (MTA) tərəfindən yenilənən Zəlzələ Təhlükəsi və Aktiv...

Yağış yağır, külək əsir - FAKTİKİ HAVA

Aprelin 28-i saat 15:00-a olan faktiki hava açıqlanıb.   Milli Hidrometeorologiya Xidmətindən Sfera.az-a verilən məlumata görə, ölkə ərazisinin bə...

Xəzərdə dalğanın hündürlüyü 3,7 metrə çatıb

Aprelin 28-i saat 15:00-a olan məlumatına əsasən ölkə ərazisinin bəzi yerlərində yağıntılı və küləkli hava şəraiti davam edir.   Sfera.az xəbər verir...