Şimali Koreya Rusiyaya əsgər göndərdiyini açıqladı

Şimali Koreya Rusiyaya əsgər göndərdiyini açıqladı

Şimali Koreya hökuməti Ukraynaya qarşı döyüşmək üçün Rusiyaya əsgər göndərdiyini rəsmi olaraq təsdiqləyib. 

 

Sfera.az xarici mediaya istinadən xəbər verir ki, Koreya Fəhlə Partiyasının Mərkəzi Hərbi Komissiyası bildirib ki, bu addım Pxenyanda imzalanan Hərtərəfli Strateji Tərəfdaşlıq Sazişi çərçivəsində atılıb.

 

Rəsmi bəyanatda Şimali Koreya əsgərlərinin Rusiyanın Kursk bölgəsində “qəhrəmanlıqla döyüşdüyü” və “neonasist Ukrayna qüvvələrinin məhv edilməsinə mühüm töhfə verdiyi” vurğulanıb. Əsgərlərin Rusiya ərazisini öz torpaqları kimi müdafiə etdiyi, bu addımın Şimali Koreya-Rusiya ittifaqını gücləndirdiyi qeyd olunub.
Şimali Koreya açıqlamasında Rusiyaya verdiyi hərbi dəstəyin beynəlxalq hüquqa uyğun olduğunu da iddia edib.

 

Xatırladaq ki, Kim Çen In və Vladimir Putin ötən il Pxenyanda qarşılıqlı hərbi dəstəyi nəzərdə tutan strateji saziş imzalamışdılar.

 

Fidan Hacızadə


OXŞAR XƏBƏRLƏR

Saakyandan məhkəmədə Azərbaycanla bağlı etiraf

İyunun 21-də Bakı Hərbi Məhkəməsində davam etdirilən məhkəmə prosesində Azərbaycanın vaxtilə Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunmuş ərazilərində ...

Onlayn media subyektlərinə dəstək müsabiqəsinin nəticələri AÇIQLANDI – FOTO

  Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi tərəfindən onlayn media subyektlərinin (veb-saytların) inkişafı, iqtisadi müstəqilliyinin güclə...

Baş Prokurorluqda yüksək vəzifəyə təyin olunan Səbuhi Alıyev kimdir?

Baş prokuror Kamran Əliyevin müvafiq əmrinə əsasən, Səbuhi Alıyev Baş Prokurorluğun Beynəlxalq hüquqi əməkdaşlıq idarəsinin rəisi vəzifəsinə təyin edilib. &n...

Bakıda su təchizatı tam bərpa edilib? - AÇIQLAMA

Artıq bir neçə gündür ki, Oğuz-Qəbələ-Bakı su kəmərində aparılan təmir işləri ilə bağlı suyun verilişində problem yaşanır. Təmir işləri başa çatsa da, lakin bəz...

Çin yeni rabitə peykini kosmosa buraxdı

Çin “ChinaSat-9C” adlı yeni rabitə peykini uğurla kosmosa buraxıb.   Sfera.az xəbər verir ki, rəsmi “Xinhua” agentliyinin yay...

Tramp şikayət etdi: Nobel almayacağam

ABŞ Prezidenti Donald Tramp Konqo Demokratik Respublikası ilə Ruanda Respublikası arasında onilliklərdir davam edən qanlı münaqişəyə son qoyacaq sülh razılaşmas...