Gerasimov Şimali Koreya hərbçilərinin döyüşdə iştirakını təsdiqləyib

Dünya
15:21 / 26.04.2025
3129
Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Valeri Gerasimov Koreya Xalq Demokratik Respublikası hərbçilərinin Kursk vilayətində Ukrayna Silahlı Qüvvələrinə qarşı döyüş əməliyyatlarında iştirakını təsdiqləyib.
Sfera.az “Report”a istinadən xəbər verir ki, bu barədə Rusiya KİV-i məlumat yayıb.