Yevlaxda tövlə yandı, heyvanlar tələf oldu

Dünya
14:13 / 26.04.2025
1803
Yevlaxda yanan tövlədə 4 baş iri buynuzlu heyvan tələf olub.
Sfera.az-ın məlumatına görə, hadisə rayonun Dəlləklər kəndində Aqil Əhmədova məxsus təsərrüfatda baş verib.
Hadisə yerinə gələn yanğınsöndürmə briqadası alovun qarşısını alıb.
Faktla bağlı araşdırma aparılır.