İstanbulda zəlzələdən sonra Boğazdakı malikanələr satışa çıxarıldı

İstanbulda zəlzələdən sonra Boğazdakı malikanələr satışa çıxarıldı

23 aprel tarixində İstanbulda baş verən 6,2 bal gücündə zəlzələdən sonra Boğaz sahilində yerləşən bir çox lüks malikanə satışa çıxarılıb.

 

Sfera.az xəbər verir ki, Türkiyə mediasının yaydığı məlumata əsasən, son iki həftə ərzində dəyəri milyardlarla lirə olan beş malikanə daşınmaz əmlak bazarına təqdim olunub.

 

Satışa çıxarılan malikanələrin əksəriyyəti 100-200 illik tarixi olan tikililərdir. Mütəxəssislər bildirirlər ki, bu bənzərsiz tarixi və estetik əhəmiyyətə malik binalar, mövcud mühəndislik standartlarına və zəlzələyə davamlılıq meyarlarına uyğun deyil.

 

Boğaziçi boyunca yerləşən təxminən 600 malikanənin əhəmiyyətli bir hissəsi tarixi abidə statusuna malikdir. Lakin bu status onların təhlükəsiz olduğu anlamına gəlmir. Taxtadan və ənənəvi üsullarla inşa edilən bu evlər zamanla aşınmış vəziyyətdədir.

 

Zəlzələdən sonra alıcı marağı Bodrum, Alaçatı və Çeşmə kimi daha təhlükəsiz bölgələrə yönəlib. Daşınmaz əmlak bazarında təhlükəsizlik amili ön plana çıxmağa başlayıb.


OXŞAR XƏBƏRLƏR