İran və ABŞ arasında danışıqların üçüncü raundu başladı

İran və ABŞ arasında danışıqların üçüncü raundu başladı

İran və ABŞ arasında Oman vasitəçiliyi ilə aparılan müzakirələrin üçüncü raundu Omanın paytaxtı Məskətdə start götürüb.

 

Sfera.az “Milliyet”ə istinadən xəbər verir ki, müzakirələrdə İran heyətinə İran xarici işlər naziri Abbas Əraqçi, ABŞ heyətinə isə ABŞ-ın Yaxın Şərq üzrə xüsusi nümayəndəsi Stiv Vitkoff rəhbərlik edir.

 

Məskətdə iki ölkə arasında həm texniki səviyyədə ekspert danışıqları, həm də yüksək səviyyəli diplomatik görüşlər keçiriləcək.

 

Qeyd edək ki, ABŞ Prezidenti Donald Tramp 2018-ci ildə ölkəsini birtərəfli qaydada İranla nüvə anlaşmasından çıxarmışdı. Bu ilin mart ayında isə Tramp İran lideri Ayətullah Əli Xameneiyə birbaşa nüvə danışıqları təklifi və bəzi təhdidlər ehtiva edən məktub göndərmişdi. İran bu məktuba Oman vasitəsilə cavab vermişdi.

 

Tərəflər ilk dolaylı görüşlərini 12 aprel tarixində Oman’da həyata keçirmişdi. Ardınca, 19 aprel tarixində İtaliyanın paytaxtı Romada yenidən Oman vasitəçiliyi ilə görüşən tərəflər, müzakirələrdə irəliləyiş əldə olunduğunu bəyan etmişdi.

 

Hazırda Məskətdə davam edən görüşlərin nəticələri diqqətlə izlənilir.


Bəsti Rəfizadə


OXŞAR XƏBƏRLƏR

İran İsrailin Daxili İşlər Nazirliyini vurdu

İran İsrailin Hayfa liman şəhərinə raketlərlə hücum edib.   Sfera.az xəbər verir ki, bu barədə İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) öz tel...

Nihal Candan VƏFAT ETDİ

“İşte benim stilim” verilişi ilə tanınan Nihal Candan vəfat edib.   Sfera.az bildirir ki,  uzun müddətdir anoreksiya xəstəliyindəb ə...

Evlilik və ya münasibəti bitirmək üçün istifadə edilən QƏRİBƏ XİDMƏT

Yaponiyada bir münasibətə son qoymaq istəyirsinizsə, bunu sizin üçün peşəkar şəkildə etmək üçün birini işə götürə bilərsiniz. Kino səhnəsi kimi səslənsə də, tam...

Müasir moda təbiəti öldürür: Dünya brendləri bataqlıq ərazilərdə...

Avropalı istehlakçılar tərəfindən atılan və Qanaya göndərilən geyimlər qorunan bataqlıq ərazilərdə böyük bir poliqonda tapılıb.   Sfera.az bildirir k...

100 il əvvəl ortaya çıxan və "Yuxu epidemiyası"nın sirri nə idi?

20-ci əsrin əvvəllərində dünya bir çox sirli xəstəliklərlə mübarizə aparırdı. “Yuxu xəstəliyi” kimi tanınan ensefalit letargika minlərlə insanın həy...

Boşanma şayiələri yayılan Mişel Obama başqa siyasətçi ilə göründü - FOTO

Uzun müddətdir ki, ABŞ-ın 44-cü prezidenti Barak Obamanın boşanacağı ilə bağlı şayiələr dolaşır. O, həyat yoldaşı ilə getdikcə daha az görünür.   Sfera...