Putin Uitkoffla 3 saat müzakirə apardı

Dünya
20:15 / 25.04.2025
5883
Rusiya Prezidenti Vladimir Putinlə ABŞ Prezidentinin xüsusi nümayəndəsi Stiven Uitkoff arasında üç saat davam edən görüş konstruktiv və faydalı olub.
Sfera.az xəbər verir ki, bu barədə Rusiya Prezidentinin köməkçisi Yuri Uşakov bildirib.
“Putin və Uitkoff arasında keçirilən görüşdə Rusiya və Ukrayna arasında birbaşa danışıqların bərpasının mümkünlüyü müzakirə edilib. Bugünkü söhbət bizə təkcə Ukrayna ilə bağlı deyil, digər beynəlxalq məsələlərdə də mövqelərimizi daha da yaxınlaşdırmağa imkan verdi”, - o deyib.