Vitkoff-Putin görüşü başladı

Vitkoff-Putin görüşü başladı

ABŞ Prezidenti Donald Trampın elçisi Stiv Vitkoff Moskvada Rusiya prezidenti Vladimir Putinlə görüş keçirib. 

 

Sfera.az “Reuters”ə istinadən xəbər verir ki, bu, Tramp administrasiyasının Rusiya ilə Ukrayna müharibəsini sona çatdırmaq üçün apardığı səylər çərçivəsində önəmli bir addım kimi qiymətləndirilir. Vitkoff artıq Kreml rəhbəri ilə üç uzunmüddətli görüş keçirib və Trampın Putinlə əsas vasitəçisi kimi önə çıxıb. Görüş zamanı Putini xarici siyasət üzrə müşaviri Yuri Uşakov və investisiya məsələləri üzrə elçisi Kirill Dmitriyev müşayiət edib.

 

Qeyd edək ki, Vitkoffun bu səfəri Trampın Rusiyanı Kiyevə etdiyi raket və pilotsuz təyyarə hücumlarını sərt şəkildə tənqid etməsindən cəmi bir gün sonraya təsadüf edir. Həmin hücum nəticəsində azı 12 nəfər həyatını itirib. Tramp hücumu “Vladimir, STOP!” sözləri ilə sosial şəbəkədə pisləyib.

 

Bununla yanaşı, Tramp sülh prosesində mühüm irəliləyişlərin olduğunu da açıqlayıb. “Bu yaxın bir neçə gün çox vacib olacaq. Hazırda görüşlər keçirilir. Düşünürəm ki, biz razılaşacağıq və buna çox yaxınlaşırıq” – o, jurnalistlərə bildirib. 

 

Fidan Hacızadə
 


OXŞAR XƏBƏRLƏR

İran İsrailin Daxili İşlər Nazirliyini vurdu

İran İsrailin Hayfa liman şəhərinə raketlərlə hücum edib.   Sfera.az xəbər verir ki, bu barədə İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) öz tel...

Nihal Candan VƏFAT ETDİ

“İşte benim stilim” verilişi ilə tanınan Nihal Candan vəfat edib.   Sfera.az bildirir ki,  uzun müddətdir anoreksiya xəstəliyindəb ə...

Evlilik və ya münasibəti bitirmək üçün istifadə edilən QƏRİBƏ XİDMƏT

Yaponiyada bir münasibətə son qoymaq istəyirsinizsə, bunu sizin üçün peşəkar şəkildə etmək üçün birini işə götürə bilərsiniz. Kino səhnəsi kimi səslənsə də, tam...

Müasir moda təbiəti öldürür: Dünya brendləri bataqlıq ərazilərdə...

Avropalı istehlakçılar tərəfindən atılan və Qanaya göndərilən geyimlər qorunan bataqlıq ərazilərdə böyük bir poliqonda tapılıb.   Sfera.az bildirir k...

100 il əvvəl ortaya çıxan və "Yuxu epidemiyası"nın sirri nə idi?

20-ci əsrin əvvəllərində dünya bir çox sirli xəstəliklərlə mübarizə aparırdı. “Yuxu xəstəliyi” kimi tanınan ensefalit letargika minlərlə insanın həy...

Boşanma şayiələri yayılan Mişel Obama başqa siyasətçi ilə göründü - FOTO

Uzun müddətdir ki, ABŞ-ın 44-cü prezidenti Barak Obamanın boşanacağı ilə bağlı şayiələr dolaşır. O, həyat yoldaşı ilə getdikcə daha az görünür.   Sfera...