Tramp: "Krım Rusiyada qalmalıdır"

Tramp: "Krım Rusiyada qalmalıdır"

ABŞ Prezidenti Donald Tramp Ukrayna-Rusiya müharibəsi ilə bağlı verdiyi açıqlamalarla beynəlxalq gündəmdə səs-küyə səbəb olub. 
 

Sfera.az “Reuters” nəşrinə istinadən xəbər verir ki, Ağ Evdə keçirdiyi mətbuat konfransında Tramp müharibənin məsuliyyətini Ukraynanın NATO-ya üzvlük cəhdinə bağlayaraq, Krımın Rusiyanın nəzarətində qalmalı olduğunu müdafiə edib.

 

Tramp iddia edib ki, Ukrayna Prezidenti Volodimir Zelenski də Krımın Rusiyada qalacağını anlayır və bu mövqe ABŞ tərəfindən təklif olunan sülh planında da əksini tapır.


Tramp administrasiyasının hazırladığı sülh planı Ukrayna-Rusiya müharibəsinə son qoymağı hədəfləyir. Plana əsasən, Ukrayna NATO-ya üzvlük məqsədindən əl çəkəcək, lakin Avropa İttifaqına üzvlük istiqamətində fəaliyyətini davam etdirə biləcək.

 

Bundan əlavə, ABŞ Krımı rəsmi olaraq Rusiya ərazisi kimi tanımağı və işğal olunmuş digər Ukrayna ərazilərinin də faktiki olaraq Rusiyanın nəzarətində saxlanmasını təklif edir. Əgər plan həyata keçərsə, Ukrayna ərazisinin təxminən 20 faizi Rusiya nəzarətində qalacaq. Sülh planına Ukrayna gəmilərinin Dnepr çayından sərbəst istifadə etməsi və 2014-cü ildən Rusiyaya qarşı tətbiq olunmuş sanksiyaların ləğvi də daxildir. Tramp bu addımları Rusiyanın müharibəni bitirmək və Ukraynanın tamamını ələ keçirmək iddiasından imtinası kimi qiymətləndirib.


Trampın açıqlamaları və ABŞ-nin təklif etdiyi sülh planı Avropa dövlətləri və Ukrayna tərəfindən ciddi narazılıqla qarşılanıb. Tənqidçilər planın Ukraynanın ərazi bütövlüyünə zidd olduğunu və Rusiyanın hərbi təcavüzünü legitimləşdirdiyini bildirirlər.


Prezident Tramp isə sülh danışıqlarında “böyük güzəştlər” əldə edildiyini və müharibəyə son qoymaq üçün real imkanların yarandığını vurğulayıb.

 

Fidan Hacızadə


OXŞAR XƏBƏRLƏR

İran İsrailin Daxili İşlər Nazirliyini vurdu

İran İsrailin Hayfa liman şəhərinə raketlərlə hücum edib.   Sfera.az xəbər verir ki, bu barədə İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) öz tel...

Nihal Candan VƏFAT ETDİ

“İşte benim stilim” verilişi ilə tanınan Nihal Candan vəfat edib.   Sfera.az bildirir ki,  uzun müddətdir anoreksiya xəstəliyindəb ə...

Evlilik və ya münasibəti bitirmək üçün istifadə edilən QƏRİBƏ XİDMƏT

Yaponiyada bir münasibətə son qoymaq istəyirsinizsə, bunu sizin üçün peşəkar şəkildə etmək üçün birini işə götürə bilərsiniz. Kino səhnəsi kimi səslənsə də, tam...

Müasir moda təbiəti öldürür: Dünya brendləri bataqlıq ərazilərdə...

Avropalı istehlakçılar tərəfindən atılan və Qanaya göndərilən geyimlər qorunan bataqlıq ərazilərdə böyük bir poliqonda tapılıb.   Sfera.az bildirir k...

100 il əvvəl ortaya çıxan və "Yuxu epidemiyası"nın sirri nə idi?

20-ci əsrin əvvəllərində dünya bir çox sirli xəstəliklərlə mübarizə aparırdı. “Yuxu xəstəliyi” kimi tanınan ensefalit letargika minlərlə insanın həy...

Boşanma şayiələri yayılan Mişel Obama başqa siyasətçi ilə göründü - FOTO

Uzun müddətdir ki, ABŞ-ın 44-cü prezidenti Barak Obamanın boşanacağı ilə bağlı şayiələr dolaşır. O, həyat yoldaşı ilə getdikcə daha az görünür.   Sfera...