Tailandda təyyarə qəzası: ölənlər var

Kateqoriya məlum deyil
T
Tailandın paytaxtı Banqkokdan 160 km cənubda yerləşən Ça-am kurort şəhəri yaxınlığında təyyarə qəzaya uğrayıb.
Sfera.az xəbər verir ki, bu barədə “Tailand PBS” telekanalı məlumat yayıb.
Məlumata görə, DHC6-400 “Twin Otter” təyyarəsinin suya düşməsi nəticəsində 5 nəfər ölüb, 1 nəfər yaralanıb.
Bildirilib ki, təyyarə Tailand Kral Polisinə məxsusdur və paraşütçülərin təlimi üçün istifadə edilib.
Qəzanın səbəbləri araşdırılır.






