Hindistan Pakistan vətəndaşlarına viza verməyəcək

Hindistan Pakistan vətəndaşlarına viza verməyəcək

Hindistan hökuməti Pakistan vətəndaşlarına vizaların verilməsini dərhal dayandırmaq qərarına gəlib.

 

Sfera.az xəbər verir ki, bu barədə Hindistan Xarici İşlər Nazirliyi məlumat yayıb.

 

"Pahalqam terror hücumundan sonra Nazirlər Kabinetinin Təhlükəsizlik Komitəsinin qəbul etdiyi qərarların davamı olaraq, Hindistan hökuməti Pakistan vətəndaşlarına vizaların verilməsini dərhal dayandırmaq qərarına gəlib. Hindistanın Pakistan vətəndaşlarına verdiyi bütün etibarlı vizalar 27 aprel 2025-ci il tarixindən etibarən ləğv ediləcək", - nazirliyin bəyanatında deyilir.

 

Bildirilib ki, Pakistan vətəndaşlarına verilən tibbi vizalar yalnız 2025-ci il aprelin 29-dək etibarlı olacaq.


Firuzə Əliyeva
 


OXŞAR XƏBƏRLƏR