Hindistan və Pakistan arasında gərginlik artır - Səbəb

Pakistan Hindistanın Hind çayı hövzəsi ilə su axınını dayandırmaq və ya başqa istiqamətə yönəltmək cəhdini “müharibə aktı” kimi qiymətləndirdiyini açıqlayıb.
Sfera.az xarici mediaya istinadən xəbər verir ki, bu açıqlama, Cammu və Kəşmirdə baş verən 26 nəfərin ölümünə səbəb olan terror aktından sonra Hindistan və Pakistan arasında artan gərginliyin bir hissəsidir.
Hindistan, terrorçuların Pakistanla əlaqəli olduğunu iddia edərək, diplomatik münasibətləri zəiflədib. Cammu və Kəşmir polisi, hücumun həyata keçirən üç şübhəlidən ikisinin Pakistan vətəndaşı olduğunu açıqlayıb və bu şəxsləri tutmaq üçün 23 min dollar mükafat vəd edib.
Hindistan Baş naziri Narendra Modi, terrorçuların cəzalandırılacağı barədə sərt açıqlamalar verib.
Fidan Hacızadə