Kiyev bombalandı, Zelenski səfərindən təcili geri qayıdır

Kiyev bombalandı, Zelenski səfərindən təcili geri qayıdır

Ukrayna Prezidenti Volodimir Zelenski Cənubi Afrika Respublikasına (CAR) səfərini yarıda qoyaraq ölkəsinə qayıtmağa qərar verib.

 

Sfera.az xəbər verir ki, bu barədə Zelenski öz Telegram kanalında yazıb.

 

Onun sözlərinə görə, buna səbəb Rusiya ordusunun ötən gecə paytaxt Kiyevi raket atəşinə tutması olub.

 

Xatırladaq ki, Kiyevə hücum zamanı 9 nəfər həlak olub, 80-dən çox insan isə yaralanıb.
 

Qeyd edək ki, Ukrayna lideri xanımı Yelena Zelenskaya ilə dünən axşam CAR-a səfər etmişdi.
 


OXŞAR XƏBƏRLƏR