Bütün dünya aktrisanın bu görüntülərindən danışır - VİDEO

"Amazon"un qurucusu Ceff Bezosun sahibi olduğu "Blue Origin" şirkəti tərəfindən həyata keçirilən və yalnız qadınlardan ibarət heyətlə reallaşan kosmik uçuşla bağlı saxtakarlıq iddiaları gündəmə gəlib.
Sfera.az xəbər verir ki, "Blue Origin"in "New Shepard" adlı kapsulu Texasdan qalxdıqdan sonra yerə enərkən çəkilmiş görüntülər sosial şəbəkələrdə konspirasiya nəzəriyyələrinin yayılmasına səbəb olub.
Xüsusilə kapsulun yerə endikdən sonrakı görüntülərində şübhəli məqamlar izləyicilərin diqqətindən yayınmayıb.
İddialara görə, enişdən yalnız bir neçə dəqiqə sonra müğənni Katy Perry kapsulun qapısını içəridən açır və az sonra yenidən qapını bağlayır. Lakin bundan bir neçə dəqiqə sonra Ceff Bezos kapsulu xüsusi alətlə "rəsmi" olaraq açır. Bu ziddiyyətli anlar missiyanın əvvəlcədən qurulmuş və qeyri-real olduğu barədə şayiələri gücləndirib.
Sosial media istifadəçiləri kapsulun yerə endikdən sonra gözlənildiyinin əksinə olaraq olduqca təmiz və ləkəsiz görünməsinə də diqqət çəkiblər. Bu məqam da saxtakarlıq iddialarını daha da alovlandırıb.
Mütəxəssislər bildirirlər ki, təzyiqli kosmik kapsulların sərnişinlər tərəfindən içəridən açıla bilən bir qapısı olmamalıdır. Adətən bu tip kapsulların qapıları bayıra doğru açılır və onları yalnız xaricdəki texniki heyət tərəfindən açmaq mümkündür. Məsələn, NASA-nın astronavtları Butç Vilmor və Suni Villiamsın Yerə dönüşündə "SpaceX Crew Dragon" kapsulunun qapısının açılması üçün mühəndis qrupu uzun müddət çalışmışdı.
Hazırda "Blue Origin" şirkətindən məsələ ilə bağlı rəsmi açıqlama verilməyib. Sosial mediada isə mübahisələr davam edir. (Milli.az)