12 ştat Trampı məhkəməyə verdi

12 ştat Trampı məhkəməyə verdi

12 ştat ABŞ Prezidenti Donald Tramp administrasiyasının tətbiq etdiyi tariflərin ləğvi üçün prezidenti məhkəməyə verib.

 

Sfera.az xəbər verir ki, bu barədə ABŞ Federal Beynəlxalq Ticarət Məhkəməsinə iddia qaldırılıb.

 

"Son üç ay ərzində prezident icra sərəncamları və memorandumlar, sosial şəbəkələrdəki paylaşımlar və agentlik sərəncamları vasitəsilə tarifləri tətbiq edib, dəyişdirib, artırıb və dayandırıb. Bu fərmanlar ölkənin ticarət siyasətinin vəziyyətini əks etdirir, hansı ki, hazırda qanuni səlahiyyətlərinin effektiv həyata keçirilməsinə arxalanmaqdansa, prezidentin şıltaqlığından asılıdır. Prezident konstitusiya quruluşunu pozub və Amerika iqtisadiyyatına xaos gətirib”, - məhkəmə sənədində deyilir.

 

İqtisadiyyata ziyan vurmaqla yanaşı, dövlət başçısı Konqresdən yan keçmək və Vaşinqtonun tarif siyasətini dəyişmək üçün əsassız olaraq fövqəladə vəziyyət elan etməkdə ittiham olunur.

 

İlk olaraq Oreqon Baş Prokurorluğu məhkəməyə müraciət etməyə başlayıb. Bu,  Arizona, Vermont, Delaver, İllinoys, Kolorado, Konnektikut, Minnesota, Men, Nevada, Nyu-York və Nyu-Meksiko ştatları tərəfindən dəstəklənib.  

 

Firuzə Əliyeva

 

 


OXŞAR XƏBƏRLƏR